Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Mühasib
/
Bakı
/
Baş mühasib
Elanı Seçilmişlərə əlavə edin

ŞF

Şəhla Fikrət Xudaverdiyeva

Baş mühasib
2500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
30
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 614012
Yeniləndi: 29.10.2026
Baxış sayı: 594
Şəhər
Bakı
Yaş
30
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Mühasibat uçotunun qurulması üzrə ixtisaslaşmışam. Konsaltinqdə Audit kimi işləmşəm və İstehsalat,Satış,Xidmət,Təchizat və.s şirkətlərin uçotunun qurulmasında birbaşa iştirak etmişəm.Komanda idarəetmə və iş proseslərinin təşkilində təcrübəliyəm. Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi dərindən bilirəm, eyni zamanda müxtəlif proqramlarında yüksək səviyyədə işləmə və idarəetmə bacarığına malikəm. Şirkətin maliyyə axınlarının nəzarəti, hesabatların analizi və rəhbərliyə strateji maliyyə dəstəyi sahəsində effektiv nəticələr əldə etmişəm.Peşəkar biliklərimi daim təkmilləşdirmək üçün mühasibat və maliyyə üzrə ixtisasartırma kurslarında mütəmadi iştirak edirəm.Eyni zamanda mühasibat uçotu üzrə təlim keçirəm. Analitik düşüncə, məsuliyyət və dəqiqliyi əsas iş prinsiplərim hesab edirəm.


Təhsil: Ali

Dərəcə - Bakalavr

Universitet - ADAU

Fakultə - İqtisadiyyat

İxtisas - Maliyyə

Dərəcə - Magistratura

Universitet - OYU

Fakultə - Dünya İqtisadiyyatı

İxtisas - Beynalxalq İqtisadi Əlaqələr


İş təcrübəsi: 5 ildən artıq

Leads Group Supply MMC Baş Mühasib və HR Direktor(Təchizat) 2024-

Unical Texnik MMC Baş Mühasib və HR Direktor(Təchizat) 2022-2024

SME Konsalting MMC - Audit 2020-2022

PREZIDENT ISLER IDARESI(MARXAL IK) - BAŞ MÜHASİB 2020-2021

ME.GA.AN MMC - Baş Mühasib və HR Direktor(istehsalat)2019-2020

Kings Travel - Baş Muhasib (Xidmət) 2017-2019

Vergi (ƏDV,ÖMV,MƏNFƏƏT,GƏLİR,SADƏLƏŞDİRİLMİŞ,ƏMLAK və s),Statistikavə,DSMF

hesabatlarının aylıq,illik,rüblük hazırlanması və aydiyatı orqanlara təqdim

edilməsi.

ƏDV depozit hesabının idarə edilməsi və əvəzləşmələrin aparılması.

Xarici və Daxili satışla bağlı sənədlərin tərtibi.(müqavilələrin,

protokollarin,hesab fakturalarin (invoice),tehvil-teslim aktlarinin...)

Portallarda (new.e.taxes.gov.az,e.taxes.gov.az, taxes.gov.az,

e.customs.gov.az, e-social.gov.az(əmas),e.gov.az)istifadə və lazımi əməliyyatların aparılması.

Mühasibatlıq və lazim gələrsə HR departamentinin idarə edilməsi.

Mühasibat Uçotunun sahəyə uyğun(istehsalat,xidmət,təchizat,alqı-satqı)

qurulması,əməliyyatların proqrama işlənilməsi və alt sənədlərinin hazırlanması

uçotun idarə edilməsi və uçota nəzarət.

Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHHH və KDHH-ın)hazırlanması və

səlahiyyətli şəxsə təqdim edilməsi.

Sənədlərin (mühasibat uçotu haqqında qanuna əsasən)

ilkin hazırlanması,qanuna

uyğun nəzarət və idarə edilməsi.

İnternet banking vasitəsi ilə xarici,daxili Debitor və Kreditorlarla

hesablaşmalar,üzləşmələr aparılması,sənəd dövriyyəsinin idarə edilməsi.

Kassa və Bank əməliyyatlarının uçotunun qanuna uyğun şəkildə

aparılmasına,kassa sənədlərinin tərtib edilməsinə,hesabatların hazirlanmasına və

təqdim edilməsinə nəzarət.

Təhtəl hesab şəxslərlə hesablaşmaların aparılması,hesabatların tərtibi və

sənədlərin yoxlanılması.

Əsas vəsaitlərin uçotunun aparilmasına, alınmasına, inventarizasiyasina,

amortizasiyasına və silinməsinə nəzarət.

Mal-Material uçotunun aparılması(e-qaimə və sənədlər üzrə

alış,satış,geriqaytarma),dövrlük audit edilməsi (seçmə üsulla), illik auditə və

sənədləşməsinə nəzarət.

Müəssisə fəaliyyətinin analitik və sintetik uçotu üzrə məlumatların işlənməsi

və hesabatların formalaşdırılması.

Ticarət hasilatının uçotu və hesabatının hazırlanması.

Yoxlamalar zamanı səlahiyyətli şəxs kimi şirkət tərəfindən çıxış etmək.

Vergi və s dövlət qurumları ilə yazışmaların aparılması,lazımi cavablarla və

sənədlərlə həm müəssisənin,həm də qurumların təmin edilməsinə nəzarət.

Kadr uçotunun (sənədləşmə) qanuna uyğun (ƏM) şəkildə qurulması,nəzarət

edilməsi və sistemə (Əmas) işlənilməsi.

Əmək haqqı,xəstəlik, məzuniyyət və ezamiyə haqlarının hesablanması və

ödənilməsi.

Əmək haqqı cədvəllərinin və Tabellərin hazırlanması.

İcbari və könüllü sığorta əməliyyatlarının təşkili,uçotu və müvafiq qurumlara

hesabatların təqdim edilməsi.

Tenderlərə qarantiyaların(İcra,Avans və.s) alınması və sənədlərin

hazırlanması.

İdxal olunan mal-material ehtiyatlarının maya dəyərinin hesablanmasına,YGB və

QİB yazılmasına, və gömrük orqanlarına ödənilən vəsaitlərin hesablanmasına

nəzarət və ödənilməsinin vaxtında təmin edilməsi.

Gömrük əməliyyatları və xarici ticarət prosedurlarının idarə edilməsi.

(İxrac, İdxal,Müvəqqəti İxrac və İdxal,Tranzit,Emal (göndərmə və gətirmə),Re-

export və Re-import və.s)


Bacarıqlar

Sertifikatlar:

PMS - MHBS

IATM - Beynalxalq Muhasibatliq

(ACCA) F3 - Hal-hazirda

İFRS - Hal-hazirda

Kompüter bilikləri:

1C (8.3)- yaxşı

Micro - orta

Logo -orta

Prospekt – orta

Microsoft Office proqramları – yaxşı

EXCEL - yaxşı

Corel DRAW - orta

ADOBE PHOTOSHOP - yaxşı

Dil bilikləri:

Azərbaycan - yaxşı

Rus - yaxşı

Ingilis - orta

Sair məlumatlar:

*Stres şəraitində səmərəli qərarvermə bacarığı

*Yüksək analitik təhlil etmək bacarığı və məsuliyyətli iş yanaşması

*Komandada işləmə və komandaya rəhbərlik etmə qabiliyyəti

*Müstəqil işləmə və idarəetmə bacarığı

*Dəqiqlik, operativlik və nəticəyönümlü iş prinsipi

Şəhla Fikrət Xudaverdiyeva
Minimum maaş:

2500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin