Layihələrin idarə edilməsi və koordinasiyası üzrə 5 illik peşəkar təcrübəyə malik mütəxəssisəm. Bu müddətdə layihənin planlaşdırılması, icrası və monitorinqi, layihə sənədlərinin hazırlanması, tərəfdaşlarla əməkdaşlığın qurulması və layihə proseslərinin başdan sona koordinasiyasını həyata keçirmişəm.
Dövlət qurumları, özəl sektor nümayəndələri, təhsil müəssisələri və digər maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq, layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək üzrə geniş praktiki təcrübəyə sahibəm. Layihə çərçivəsində keçirilən görüşlərin, təlimlərin təşkili, bakı və regionlar üzrə monitorinqlərin həyata keçirilməsi, hesabatların hazırlanması, statistik məlumatların emalı və layihə üzrə sənəd dövriyyəsinin idarə olunması əsas fəaliyyət istiqamətlərimdəndir.
Analitik düşüncə tərzi, güclü təşkilatçılıq və ünsiyyət bacarıqları sayəsində paralel şəkildə bir neçə prosesin idarə olunmasını və komandalar arasında koordinasiyanın təmin edilməsini uğurla həyata keçirirəm. Bununla yanaşı, peşəkar inkişafımı hərzaman prioritet hesab edir, layihələrin idarə edilməsi, liderlik və kommunikasiya sahələrində beynəlxalq təlim və inkişaf proqramlarında iştirak etməklə bilik və bacarıqlarımı davamlı olaraq təkmilləşdirirəm. 2024-cü ildə Budapeştdə keçirilən beynəlxalq liderlik proqramında iştirak edərək liderlik yanaşması, komanda idarəetməsi, effektiv kommunikasiya, şəxsi inkişaf və iş-həyat balansı sahələrində bacarıqlarımı daha da inkişaf etdirmişəm.
LinkedIn profilim: https://www.linkedin.com/in/shahruz-v-8a6b8920b/
Təhsil
Bakı Mühəndislik Universiteti (2017 – 2019)
Magistr, Mühəndislik fakültəsi
Gəncə Dövlət Universiteti (2013 – 2017)
Bakalavr, Biologiya və Kimya fakültəsi
Yerli və beynəlxalq təlimlər:
Noyabr 2024
European School: Training New Leaders – Budapest, Hungary (Liderlik, komanda idarəetməsi, kommunikasiya və şəxsi inkişaf üzrə beynəlxalq təlim)
Dekabr 2022
McKinsey & Company – Forward Program (6 aylıq beynəlxalq inkişaf proqramı)
Noyabr 2022
PMO.az – Layihələrin İdarə Edilməsi Təlimi
Layihələrin idarə edilməsi üzrə mütəxəssis
İnnoveta MMC
2025 – hazırda
İnnoveta MMC
2021 – 2025
EKO Monitorinq MMC
2019 – 2021
Sorğular üzrə köməkçi
BMT İnkişaf Proqramı (UNDP), Azərbaycan
2018 Sentyabr – Noyabr
Layihələrin idarə edilməsi
Koordinasiya
Monitorinq və qiymətləndirmə
Hesabatların hazırlanması
Tərəfdaşlarla əməkdaşlıqların qurulması
Təlim və tədbirlərin təşkili
Sənədləşmə
Komanda işi
Problem həlli
MS Office