20 dekabr 1996-cı ildə anadan olmuşam. Ali təhsilliyəm, subayam. Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr və magistratura təhsili almışam. Müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu, insan resursları, idarəçilik, satış və müştərilərlə iş üzrə geniş təcrübəyə sahibəm. Məsuliyyətli, intizamlı, ünsiyyətcil və öyrənməyə açıq biriyəm. Rus dilini yaxşı, ingilis dilini orta səviyyədə bilirəm. MS Office programlarını səlis işləmə bacarığına sahibəm. Yeni iş mühitinə tez uyğunlaşır, verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməyə çalışıram. Hazırda dövlət qurumunda mütəxəssis vəzifəsində çalışıram.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2014–2018-ci illərdə bakalavr Biologiya müəllimliyin, 2018–2020-ci illərdə isə Biologiya üzrə magistratura təhsili almışam. Hər iki təhsil pilləsini uğurla tamamlayaraq 2020-ci ildə magistr dərəcəsi əldə etmişəm. Təhsil müddətində ixtisasım üzrə nəzəri və praktiki biliklərlə yanaşı, analitik düşünmə, araşdırma və təşkilati bacarıqlarımı inkişaf etdirmişəm.
Müxtəlif sahələrdə zəngin iş təcrübəsinə sahibəm. Direktor(müdir) köməkçisi, administrator, satış və kassir vəzifələrində çalışmış, müştərilərlə ünsiyyət, sənədləşmə, satış və təşkilati işlər üzrə təcrübə qazanmışam. Həmçinin dövlət qulluğunda çalışaraq dövlət idarəçiliyi və vətəndaşlarla iş sahəsində təcrübə əldə etmişəm. İnsan resursları üzrə fəaliyyət göstərmiş, kadr sənədlərinin hazırlanması və idarə olunması, işçi müraciətlərinin qəbulu və digər HR proseslərində iştirak etmişəm. Hazırda isə universitetdə mütəxəssis və təcrübə rəhbəri vəzifələrində çalışıram.