Məsuliyyətli, sakit və işinə ciddi yanaşan bir insanam. Hər zaman üzərimə düşən işi vaxtında və düzgün yerinə yetirməyə çalışıram. Yeni insanlarla ünsiyyət qurmağı, komandada işləməyi və ətrafımdakı insanlarla hörmət və qarşılıqlı anlayış əsasında münasibət qurmağı vacib hesab edirəm.
Öyrənməyə və özümü inkişaf etdirməyə açığam. Qarşıma yeni bir iş və ya çətinlik çıxdıqda ondan çəkinməkdənsə, öyrənərək və çalışaraq öhdəsindən gəlməyə üstünlük verirəm. İş mühitində səliqə, nizam-intizam, dürüstlük və qarşılıqlı hörmət mənim üçün əsas prinsiplərdəndir.
İnsanlarla münasibətdə sadə və səmimi olmağa çalışıram. Verilən tövsiyə və iradları düzgün qəbul edir, öz üzərimdə işləyərək səhvlərimi düzəltməyə önəm verirəm. Yeni mühitə uyğunlaşmağı və kollektivlə birlikdə işləməyi bacarıram.
Gələcəkdə həm şəxsi, həm də peşəkar baxımdan daha da inkişaf etmək, yeni təcrübələr qazanmaq və çalışdığım mühitə faydalı olmaq əsas məqsədlərimdəndir. Qarşıma qoyduğum işə səbr, məsuliyyət və vicdanla yanaşmağa üstünlük verirəm.
Bakı Turizm Peşə Məktəbi
İxtisas: Aşpaz – Qənnadçı
Təhsil müddəti: 3 il
2010-2013 cü il
3-cü dərəcəli diplom
Şirniyyatçı (Hal hazırda Pastry Chef işləyirəm.)
Restoran Otel və Caterimg sahələrində işləmişəm.
Müasir və klassik desertlərin hazırlanması
Məhsul keyfiyyətinə və gigiyena qaydalarına nəzarət
Yeni desert reseptlərinin hazırlanması
Komanda ilə koordinasiyalı iş ( Hasap)
Ümumi mətbəx üzrə iş təcrübəm: 15 ilə yaxın.Qida və qənnadçılıq sahəsində 13 ildən artıq peşəkar iş təcrübəsinə sahibəm. Bu müddət ərzində müxtəlif mətbəx və restoran mühitlərində çalışaraq həm aşpazlıq, həm də qənnadçılıq sahəsində geniş praktiki təcrübə qazanmışam. Xüsusilə şirniyyat və desertlərin hazırlanması mənim əsas peşəkar istiqamətimdir.
Bir neçə ildir restoranda şirniyyatçı / Pastry Şef kimi fəaliyyət göstərirəm. İşim zamanı müxtəlif növ desertlərin, tortların, krem və içliklərin, xəmir məmulatlarının və digər şirniyyatların hazırlanması ilə məşğul oluram. Məhsulların hazırlanmasında reseptə düzgün riayət etməyə, dad və görünüşün balanslı olmasına, həmçinin mətbəxdə təmizliyə və səliqəyə xüsusi diqqət yetirirəm.
Peşə fəaliyyətim ərzində isti və soyuq mətbəx, salatlar, fast-food və sushi sahələrində də praktiki bilik və bacarıqlar əldə etmişəm. Bu təcrübə mənə mətbəxdə müxtəlif iş proseslərinə uyğunlaşmaq və komandada rahat işləmək imkanı verib.
İşə məsuliyyətli yanaşan, öyrənməyə və yeni biliklər qazanmağa açıq biriyəm. Mənim üçün mətbəxdə yalnız yeməyin və ya desertin hazırlanması deyil, keyfiyyətli məhsul, düzgün texnika, səliqəli təqdimat və müştəri məmnuniyyəti də önəmlidir.
13 illik təcrübəm ərzində qazandığım bilikləri daha da inkişaf etdirmək və peşəkar səviyyəmi artırmaq istəyirəm. Qarşıma çıxan yeni iş imkanlarına ciddi və məsuliyyətli yanaşaraq, çalışdığım müəssisənin komandasına öz təcrübəm və bacarıqlarımla fayda verməyə çalışıram..