Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Tərcüməçi
/
Bakı
/
Tərcüməçi (İngilis-Azərbaycan)
Elanı Seçilmişlərə əlavə edin

EE

Elməddin Elman Ramazanov

Tərcüməçi (İngilis-Azərbaycan)
120 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 618749
Yeniləndi: 28.10.2026
Baxış sayı: 202
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Salam aleykum! Mən 10 ildən artıq təcrübəyə malik peşəkar lokalizasiya mütəxəssisi, yazılı və şifahi tərcüməçiyəm. Azərbaycan Dillər Universitetində 2018-ci ildə Tərcümə (ingilis-Azərbaycan) ixtisası üzrə bakalavr, 2020-ci ildə isə Sinxron tərcümə ixtisası üzrə magistr təhsilimi qırmızı diplomla başa vurmuşam. Karyeram ərzində həm yerli, həm də beynəlxalq səviyyəli onlarla şirkətlə uğurlu layihələrə imza atmışam. Ana dilim Azərbaycan dilidir, eyni zamanda ingilis dilini mükəmməl səviyyədə bilirəm. Bu dil cütlüyü üzrə həm yazılı, həm də şifahi sahədə peşəkar xidmət təklif edirəm.

İndiyə qədər qlobal kriptovalyuta nəhəngləri olan MEXC və Bitget kimi böyük şirkətlərlə, həmçinin beynəlxalq tərcümə agentlikləri ilə əməkdaşlıq etmişəm. Əsas ixtisaslaşma sahəm blokçeyn və kripto sahəsi olsa da; hüquq, texniki, tibb, akademik və biznes domenlərində zəngin təcrübəyə sahibəm. Yazılı tərcümə və lokalizasiya ilə bərabər, mətni hədəf auditoriyaya uyğunlaşdırmaq üçün redaktə, korrektorluq və maşın tərcüməsinin redaktəsi (MTPE) xidmətlərini də yüksək keyfiyyətlə təqdim edirəm. İş prosesində terminoloji dəqiqliyi və sürəti təmin etmək üçün Phrase, Lokalise, Trados Studio, MemoQ, Smartcat və WordFast kimi müasir CAT alətlərindən peşəkar səviyyədə istifadə edirəm.

Mənim fəaliyyətim təkcə masaarxası yazılı tərcümə ilə bitmir. Həm yerli, həm də xarici şirkətlərlə müxtəlif sahələrdə ardıcıl şifahi tərcüməçi kimi çalışmışam. Beynəlxalq konfranslarda, işgüzar görüşlərdə və rəsmi danışıqlarda tərəflər arasında dinamik və effektiv ünsiyyətin qurulmasını təmin edirəm. Həm şifahi, həm də yazılı işlərimdə əsas prinsiplərim mədəni həssaslıq, detallara maksimum diqqət və vaxtında təhvil verməkdir. Layihələrinizdə güvənli bir dil tərəfdaşına ehtiyacınız varsa, əməkdaşlıq üçün mənimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Elməddin Elman Ramazanov
Minimum maaş:

120 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin