Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Sənaye, tikinti və istehsalat
/
Elektrik
/
Bakı
/
Elektrik mühəndisi
Elanı Seçilmişlərə əlavə edin
Turxan Sahib İsmayılov

Turxan Sahib İsmayılov

Elektrik mühəndisi
2500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
№ 618878
Dərc edilib: 07.10.2026
Baxış sayı: 90
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər

Haqqımda

MS Office proqramları: Word, Excel, PowerPoint və.s;

AutoCAD proqramında işləmə bacarığı;

Elektrik sxemlərinin AutoCAD proqramında hazırlanması və redaktəsi.

İngilis dili — orta səviyyə.

Komandada işləmək bacarığı;

Effektiv ünsiyyət və əməkdaşlıq;

Problemlərin operativ şəkildə müəyyən edilməsi və həlli;

Texniki sənədlərlə və elektrik sxemləri ilə işləmək;

Məsuliyyətli və diqqətli yanaşma;

Yeni texnologiya və avadanlıqları öyrənmə bacarığı.

2022-ci ildə Elektrik mühəndisliyi üzrə peşəkar kursda iştirak etmiş və kursu uğurla başa vuraraq sertifikat əldə etmişəm.


Təhsil: Ali

Magistratura

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Elektronika və Avtomatika Mühəndisliyi

Bakalavr

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Elektronika, Telekommunikasiya və Radiotexnika Mühəndisliyi


İş təcrübəsi: 1 ildən 3 ilə qədər

2022 – 2024

ATEF Şirkətlər Qrupu MMC — Elektrik mühəndisi

2025 – hazırda

Railways Communications and Technologies MMC — Elektrik mühəndisi


Bacarıqlar

Elektrik sxemlərinin hazırlanması, oxunması və sxemlərə uyğun montaj işlərinin yerinə yetirilməsi;

Elektrik sxemləri əsasında kabel jurnallarının və montaj sxemlərinin hazırlanması;

Açar, ayırıcı, torpaqlayıcı və digər elektrik avadanlıqlarının yerli və uzaqdan idarəetmə dövrələrinin yığılması və yoxlanılması;

Elektrik avadanlıqlarından daxil olan siqnalların yoxlanılması, sazlanması və avadanlıqların tam işlək vəziyyətə gətirilərək təhvil verilməsi;

Güc transformatorlarından daxil olan siqnalların yoxlanılması və müvafiq mühafizə və nəzarət qurğularının sazlanması;

Transformator üzərində quraşdırılmış qaz relesi, təzyiq relesi və digər nəzarət qurğularının yoxlanılması və funksionallığının təmin edilməsi;

Cərəyan və gərginlik transformatorlarının dövrələrinin yığılması, yoxlanılması və sınaqdan keçirilməsi;

AVR (EAQQ) sistemlərinin yığılması, qoşulması və yoxlanılması;

Müxtəlif tip mühafizə relelərinin konfiqurasiyası və sazlanması;

Mühafizə relelərinə sınaq cərəyanı və gərginliyi tətbiq etməklə mühafizə funksiyalarının yoxlanılması və sınaqlarının aparılması;

Mühafizə, idarəetmə və avtomatika dövrələrinin sxemlərə uyğun olaraq yığılması, yoxlanılması və istismara hazır vəziyyətə gətirilməsi.

Hazırda 110/35 kV gərginlikli yarımstansiyada mühafizə, idarəetmə və avtomatika dövrələrinin yığılması, yoxlanılması, sazlanması və işə qoşulması üzrə fəaliyyət göstərirəm.

Turxan Sahib İsmayılov
Minimum maaş:

2500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin