Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Dizayn
/
Veb-dizayn
/
Bakı
/
UX/UI Dizayner
Elanı Seçilmişlərə əlavə edin
Nəzrin Vüqar Səlimzadə

Nəzrin Vüqar Səlimzadə

UX/UI Dizayner
1600 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
№ 618966
Dərc edilib: 08.10.2026
Baxış sayı: 108
Şəhər
Bakı
Yaş
25
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər

Haqqımda

3 ildən artıq təcrübəyə malik UX/UI Dizaynerəm. Kompüter mühəndisliyi üzrə bakalavr və Human-Computer Interaction üzrə magistr təhsili almışam. Bu iki istiqamətin birləşməsi mənə həm texniki tərəfi, həm də istifadəçi ehtiyaclarını nəzərə alaraq məhsullar üzərində işləməyə imkan verir.

İndiyə qədər CRM sistemləri, B2B və B2C rəqəmsal məhsullar, veb və mobil tətbiqlər, həmçinin AI və AI təhlükəsizliyi məhsulları üzərində çalışmışam. İş prosesində istifadəçi araşdırması aparmaq, tələbləri toplamaq, user flow, wireframe, prototip və yüksək dəqiqlikli interfeyslər hazırlamaq və dizaynları developer-lərlə birlikdə məhsula çevirmək təcrübəm var.

Mənim üçün yaxşı dizayn yalnız vizual olaraq yaxşı görünən interfeys deyil. İstifadəçinin problemini həll edən, istifadəsi rahat və biznes ehtiyaclarına uyğun məhsul yaratmaq əsas məqsədimdir.


Təhsil: Ali

Magistratura – Human Computer Interaction

University of Birmingham

09/2024 – 09/2025

GPA: 68.2 / 100

UX/UI Dizayn

Bakı Dizayn Akademiyası (Tədris edən: Aqşin Rəcəbov)

11/2021 – 04/2022

Bakalavr – Kompüter mühəndisliyi

Bakı Mühəndislik Universiteti

09/2018 – 07/2023

GPA: 98.2 / 100 | Fərqlənmə Diplomu | Qəbul balı: 674 / 700


İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Middle UX/UI Designer

Polygraf AI • Bakı, Azərbaycan

04/2026 – 08/2026

  1. Governance Dashboard, Meeting Guard və Desktop Overlay daxil olmaqla, süni intellekt istifadəsinin monitorinqi, PII (şəxsi identifikasiyaedici məlumatların) aşkarlanması və təhlükəsizlik risklərinin idarə edilməsi üçün kompleks AI təhlükəsizlik məhsulları dizaynı;
  2. Məlumatlarla zəngin dashboard interfeyslərinin dizaynı, mürəkkəb təhlükəsizlik məlumatlarını, risk səviyyələrini, insidentləri və aşkarlama statuslarını aydın və operativ qərar qəbulunu dəstəkləyən interfeyslərə çevirilməsi.

AI Web Designer

Choix Media • Dublin, Irland (Remote)

11/2025 – 03/2026

  1. Süni intellekt dəstəkli development alətlərindən və vibe coding yanaşmasından istifadə edərək müştərilər üçün veb-saytlar hazırlaması;
  2. Müştəri tələblərinə əsaslanan responsive veb-saytlar dizaynı.

Middle UX/UI Designer

University of Birmingham • Birmingahm, England

06/2025 – 09/2025

  1. Musiqiçilərə repertuar kəşf etmək, əməkdaşlar tapmaq və VR məşqlərinə hazırlaşmaq imkanı verən ARME (Augmented Reality Music Ensemble) tətbiqinin dizaynı;
  2. İstifadəçi ehtiyaclarını müəyyənləşdirilməsi və məhsul konsepsiyalarını validasiya etmək üçün istifadəçi sorğuları və müsahibələr keçirilməsi;
  3. User flow-ların, wireframe-lərin, prototiplərin və yüksək dəqiqlikli UI dizaynların hazırlaması, usability testing nəticələrinə əsasən iterasiyalar aparılması;
  4. Tədqiqat və VR yönümlü mühitdə çalışaraq mürəkkəb istifadəçi tələblərini intuitiv qarşılıqlı əlaqələrə və istifadəçi təcrübəsinə çevirilməsi.

Middle UX/UI Designer

Uniser Group MMC • Bakı, Azərbaycan

04/2024 – 09/2024

  1. Biznes yönümlü iş axınları və əməliyyat istifadəçiləri üçün CRM sistemləri və B2B rəqəmsal məhsulların dizaynı;
  2. Stakeholder tələblərini toplanması və mürəkkəb biznes proseslərini strukturlaşdırılmış user flow-lara və interfeys həllərinə çevirilməsi;
  3. Çoxmərhələli iş axınları və biznes əməliyyatları üçün wireframe-lər, prototiplər və yüksək dəqiqlikli UI dizaynlarının hazırlanması;
  4. Məhsul tələblərini, qarşılıqlı əlaqə məntiqini və texniki tətbiq məhdudiyyətlərini uyğunlaşdırmaq üçün stakeholder-lər və developer-lərlə əməkdaşlıq.

Junior UX/UI Designer

Decord Technologies • Bakı, Azərbaycan

12/2022 – 02/2024

  1. Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq müştərilər üçün CRM sistemləri və B2C rəqəmsal məhsulların dizaynı;
  2. İstifadəçi araşdırmasının aparılması, tələblərin toplaması və biznes və istifadəçi ehtiyaclarının məhsul həllərinə çevirilməsi;
  3. Veb əsaslı məhsullar üçün user flow-ların, wireframe-lərin, prototiplərin və yüksək dəqiqlikli interfeyslərin hazırlanması;
  4. Dizaynların düzgün təhvil verilməsini (design handoff) və texniki tətbiqini təmin etmək üçün developer-lərlə sıx əməkdaşlıq.
Nəzrin Vüqar Səlimzadə
Minimum maaş:

1600 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin