Mən Anar Şixmədov, RHCSA sertifikatlı (300/300 maksimum nəticə ilə) İT Dəstək və Sistem İnzibatçılığı üzrə mütəxəssisəm. Azərbaycan Texniki Universitetini bitirmişəm. Uğur İT Academy və Ingress Academy daxil olmaqla peşəkar kurslar keçərək nəzəri və praktiki biliklərimi zənginləşdirmişəm.
Əsasən Linux (RHEL, Rocky Linux) və Windows mühitlərində sistem inzibatçılığı, Active Directory (istifadəçi hesablarının idarə edilməsi, GPO, icazələr), şəbəkə xidmətlərinin (DNS, DHCP, VLAN, TCP/IP) konfiqurasiyası və nasazlıqların aradan qaldırılması (troubleshooting) üzrə təcrübəyə sahibəm. Həmçinin VMware Workstation və VirtualBox vasitəsilə laboratoriya mühitlərinin qurulması və idarə edilməsi üzrə praktiki bacarıqlarım var.
Məqsədim son istifadəçilərə strukturlaşdırılmış texniki dəstək göstərmək, insidentləri (tickets) effektiv həll etmək və sistemlərin davamlı işləməsini təmin etməkdir.
Azərbaycan Texniki Universitetində Nəqliyyatda Servis ixtisası üzrə
Home lablar, VM-lər ilə təcrübə