Özümü məsuliyyətli, diqqətli və yeni bilikləri öyrənməyə açıq biri hesab edirəm. Verilən tapşırıqları ciddi yanaşaraq yerinə yetirməyə və yeni iş mühitinə uyğunlaşmağa çalışıram. Xüsusilə satınalma, logistika və təchizat zəncirinin idarə edilməsi sahələrində bilik və bacarıqlarımı inkişaf etdirmək, nəzəri biliklərimi praktiki təcrübə ilə möhkəmləndirmək istəyirəm.
Qarşıya qoyduğum əsas məqsəd seçdiyim sahədə praktiki təcrübə qazanmaq, peşəkar biliklərimi artırmaq və gələcəkdə müstəqil şəkildə məsuliyyət daşıya bilən mütəxəssis kimi formalaşmaqdır.
Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarında Beynəlxalq Ticarət və Logistika ixtisasında təhsil almışam. İndi isə eyni universitetdə MBA-də Logistika və Təchizat Zəncirinin İdarə Edilməsi üzrə təhsil alıram.
Baku Electronics-də 2026 yay təcrübə proqramında Pərakəndə Satış Departamentində təcrübə keçmişəm. Bundan əlavə olara AFFA könüllüsü olaraq fəaliyyət göstərirəm