Qərbi Kaspi Universitetində “Kompüter və Şəbəkə Təhlükəsizliyi” ixtisası üzrə təhsil almışam. Hərbi xidmətimi başa vurmuşam. 2025-ci ildə Cybernet MMC-də 3 ay Java Backend Developer üzrə təcrübə keçmişəm. Təcrübə müddətində Java, Spring Boot, REST API, SQL və Docker ilə işləmək üzrə praktiki biliklər əldə etmişəm.
Hazırda MilliSec-də Blue Team və SOC Analyst istiqaməti üzrə kibertəhlükəsizlik təlimində iştirak edirəm. Windows, Linux, Active Directory, şəbəkə əsasları və Nmap üzrə biliklərimi inkişaf etdirirəm.
İT və kibertəhlükəsizlik sahəsində karyera qurmaq, praktiki təcrübə qazanmaq və biliklərimi artırmaq istəyirəm. SOC Analyst Intern, Help Desk və IT Support vəzifələrində işləməyə maraqlıyam. Məsuliyyətli, öyrənməyə həvəsli və yeni bilikləri praktikada tətbiq etməyə hazır biriyəm.
Kompüter və Şəbəkə Təhlükəsizliyi ixtisası üzrə təhsil almışam. Hazırda MilliSec-də Blue Team və SOC Analyst istiqaməti üzrə kibertəhlükəsizlik təlimində iştirak edirəm. Windows və Linux əməliyyat sistemləri, Active Directory, şəbəkə əsasları, portlar və Nmap üzrə biliklərimi inkişaf etdirirəm.
Kibertəhlükəsizlik sahəsində praktiki təcrübə qazanmaq və biliklərimi real iş mühitində tətbiq etmək məqsədilə intern və ya təcrübəçi vəzifəsində çalışmağa hazıram. Eyni zamanda Help Desk və IT Support istiqamətində də işləməyə, kompüter və proqram təminatı ilə bağlı problemlərin həlli, istifadəçilərə texniki dəstək göstərilməsi sahəsində bilik və bacarıqlarımı inkişaf etdirməyə maraqlıyam.
Məsuliyyətli, öyrənməyə həvəsli və komanda ilə işləməyə açıq biriyəm. Yeni biliklər qazanaraq peşəkar inkişaf etməyi və şirkətə fayda verməyi hədəfləyirəm.
İş təcrübəsi – Java Backend Developer Intern
2025-ci ildə Cybernet MMC-də 3 ay Java Backend Developer üzrə təcrübə keçmişəm. Təcrübə müddətində Spring Boot ilə REST API-lərin hazırlanması, verilənlər bazası ilə işləmək, CRUD əməliyyatları, SQL sorğuları, unit testlərin yazılması və Docker ilə işləmək üzrə praktiki biliklər qazanmışam.
Bu təcrübə proqramlaşdırma, texniki problemlərin həlli və komanda ilə işləmək bacarıqlarımın inkişafına kömək edib.