Hörmətli xanım/cənab,
Mən, Yusifova Rahilə Yusif qızı, 2020-2024-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr təhsili almışam. 2026-cı ildə həmin universitetin SABAH qruplarında E-Commerce üzrə magistr təhsilimi bitirmişəm. Təhsil aldığım müddətdə CRM, Agile, SEO/SEM üzrə biliklərə yiyələnmiş, həmçinin Business Economics and Organizational Management istiqaməti üzrə Praqa şəhərində keçirilən International Spring School proqramında iştirak etmişəm.
Təhsil aldığım müddətdə UNIMAC MMC-nin Maliyyə şöbəsində təcrübədə olmuşam. Burada vəzifəm ödəniş tapşırıqlarını toplamaq, sənəd dövriyyəsini təmin etmək, maliyyə sahəsinə aid verilən digər tapşırıqları yerinə yetirmək, hesabatların hazırlanmasına və təqdim edilməsinə kömək etmək olmuşdur.
Daha sonra Kapital Bank ASC-nin təcrübə proqramında iştirak etmişəm. 4 aylıq təcrübə müddətində vəzifəm filiala müxtəlif sorğularla müraciət edən müştərilərin bankdaxili qaydalara əsasən qarşılanması, müraciətlərinə uyğun olaraq müvafiq şöbələrə yönləndirilməsi, elektron növbə sistemi üzrə müştərilərin yönləndirilməsi, ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi, yeni komanda üzvlərinə rəhbərlik etmək və satış həyata keçirməkdən ibarət olmuşdur. Eyni zamanda, təcrübə müddətində McKinsey şirkəti ilə əməkdaşlıq edilən layihələrdə fəal iştirak etmişəm.
Təcrübəmi Azərbaycan Beynəlxalq Bankında “Rəqəmsal Maarifləndirmə” təcrübəçisi, bununla yanaşı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İnnovativ Layihələr” üzrə təcrübəçi olaraq davam etdirmişəm. Burada beynəlxalq layihələrin araşdırılması, layihə çərçivəsində vaxtın, büdcənin, resursların və risklərin idarə olunması, eləcə də Azexport.az, Enterprise Azerbaijan və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində layihələr üzrə fəaliyyət göstərmişəm.
2025-ci ilin iyul ayından etibarən Xalq Bank ASC-də çalışıram. Müştəri Xidməti Şöbəsi üzrə kiçik mütəxəssis (kredit) vəzifəsində çalışaraq kredit müraciətlərinin qəbulu və analizi, kredit sənədlərinin hazırlanması, kredit portfelinə nəzarət və kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun aparılması istiqamətində təcrübə əldə etmişəm.
Microsoft Office və 1C 8.2.3 proqramlarında işləməyi bacarıram. Eyni zamanda, ACCA (F3) üzrə Bridge Academy-də təlim almış və sertifikat əldə etmişəm. Komanda ilə işləmək, ünsiyyət qurmaq, analitik düşünmək və yeni bilikləri qısa müddətdə mənimsəmək bacarıqlarımı peşəkar fəaliyyətim ərzində inkişaf etdirmişəm.
Sizin əməkdaşlarınızdan biri olmaq və mövcud bilik və təcrübəmi bankınızda tətbiq etməklə yanaşı, peşəkar inkişafımı davam etdirmək arzusundayam. CV-mi dəyərləndirərək namizədliyimi nəzərdən keçirməyinizi xahiş edirəm.
Sizdən gələcək müsbət geri dönüşü səbirsizliklə gözləyirəm.
Hörmətlə, Rahilə Yusifova
yusifovarahile27@gmail.com
+994 (51) 512-27-08
Azərbaycan Dövlət İqtisad Universiteti
2020-2024 (bakalavr)
Maliyyə
Azərbaycan Dövlət İqtisad Universiteti - SABAH qrupları
2024-2026 (magistr)
Elektron Kommersiya
Prague University
2026
Business Economics and Organizational Management
Xalq Bank ASC
07/2025-davam edir
Fiziki şəxslərə xidmət üzrə kiçik mütəxəssis (kredit)
Microsoft Office proqramlarında işləmək
1C 8.2.3 proqramında işləmək
CRM, Agile sahəsində biliklər
Komanda ilə işləmək
Sürətli öyrənmə