Mən marketinq, rəqəmsal kommunikasiya və layihələrin idarə olunması sahələrində təcrübəyə malik marketinq mütəxəssisiyəm. Kontent strategiyasının hazırlanması, reklam kampaniyalarının planlaşdırılması və icrası, brendin tanıdılması, satışların artırılması və müştəri cəlbinə yönəlmiş layihələr üzrə çalışmışam. Həm yerli, həm də beynəlxalq bazarlarda təcrübəm var. Məqsədim kreativ yanaşmanı analitik düşüncə ilə birləşdirərək biznesin inkişafına və ölçülə bilən nəticələrin əldə olunmasına töhfə verməkdir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021–2025-ci illərdə Biznesin idarə edilməsi (TUDİFAK) ixtisası üzrə bakalavr təhsili almışam. Təhsilim müddətində biznesin idarə olunması, marketinq və layihələrin təşkili sahələrində biliklərimi inkişaf etdirmişəm.
Marketinq, rəqəmsal kommunikasiya, kontent strategiyası, reklam kampaniyalarının təşkili və layihələrin idarə olunması sahələrində təcrübəm var. Hazırda Abşeron Ticarət Mərkəzində marketinq mütəxəssisi kimi kampaniyaların planlaşdırılması və icrası, satışların təşviqi və influencer əməkdaşlıqlarının idarə olunması ilə məşğulam. Daha əvvəl avtomobil sektorunda, beynəlxalq rəqəmsal marketinq layihələrində və B2B lead generation sahəsində çalışmışam. Bu müddətdə həm yerli, həm də xarici bazarlar üzrə təcrübə qazanmış, CRM sistemləri, rəqəmsal reklam, kontent istehsalı və satış yönümlü marketinq prosesləri ilə işləmişəm.