Mən Sara Şirin, Bakı Slavyan Universitetində Tərcümə ixtisası üzrə bakalavr təhsili almışam. Daha sonra UNEC-də İnsan Resurslarının İdarəedilməsi ixtisası üzrə MBA təhsilimi tamamlamışam.
İş fəaliyyətimə akademik məsləhətçi kimi başlamışam. Daha sonra Bakı Slavyan Universitetində maliyyə-təsərrüfat işləri üzrə prorektorun köməkçisi vəzifəsində çalışmışam. Bu vəzifədə rəsmi sənədlərin hazırlanması, məlumatların toplanması və təhlili, hesabatların tərtibi, müxtəlif şöbələrlə koordinasiya və rəhbərliyin iş proseslərinə dəstək göstərilməsi kimi işlərdə iştirak etmişəm. Bu təcrübə mənə məsuliyyətli olmağı, detallara diqqət yetirməyi, işləri düzgün planlaşdırmağı və məxfi məlumatlarla diqqətli davranmağı öyrədib.
İnsan Resursları sahəsinə marağım isə insanlarla ünsiyyət qurmaq, onların potensialını anlamaq və inkişafına töhfə vermək istəyimdən irəli gəlir. Magistratura təhsilim və bu sahədə qazandığım biliklər mənim HR istiqamətində inkişaf etmək istəyimi daha da gücləndirib.
Hazırda İnsan Resursları sahəsində, xüsusilə HR əməliyyatları istiqamətində bilik və bacarıqlarımı praktikada tətbiq etmək, əmək müqavilələri, işə qəbul sənədləri, kadr uçotu və müvafiq sistemlərlə işləmək üzrə təcrübəmi artırmaq istəyirəm. Öyrənməyə açıq, məsuliyyətli və işimə ciddi yanaşan biriyəm. Məqsədim mövcud təcrübəmdən istifadə etməklə yeni biliklər qazanmaq və gələcəkdə İnsan Resursları sahəsində peşəkar mütəxəssis kimi formalaşmaqdır.
Bakı Slavyan Universiteti
Tərcümə (ingilis dili)
2020-2024-cü il
Ortalama-92
Azərbaycan Dövlət İqtisad Universiteti
Biznesin idarə edilməsi (insan resurslarının idarə edilməsi üzrə)
2024-2026-cı il
HR OPTİON
Kadr inzibatçılığı və avtomatlaşdırma (2025-ci il)
Müvəffəqiyyət dərəcəsi
Bakı Slavyan Universiteti
Akademik məsləhətçi
2024-cü il sentyabr- 2025-ci il aprel
Bakı Slavyan Universiteti
Maliyyə-təsərrüfat işləri üzrə prorektorun köməkçisi
2025-ci il aprel- indiyədək