İnsan resursları sahəsində işə qəbul, namizədlərin axtarışı və seçimi, müsahibələrin təşkili və keçirilməsi, yeni əməkdaşların işə uyğunlaşdırılması, insan resursları proseslərinin koordinasiyası və əmək qanunvericiliyinə uyğun kadr hərəkətlərinin icrası üzrə təcrübəyə malik mütəxəssisəm. Vakansiyaların tam şəkildə idarə olunması, namizədlərin seçilməsi, struktur bölmə rəhbərləri ilə koordinasiya, əməkdaşların fərdi insan resursları ehtiyaclarının həlli və insan resursları prosesləri çərçivəsində hüquqi məsələlər üzrə dəstək göstərilməsi sahələrində təcrübəliyəm.
Azərbaycan Dövlət İqtisad Universiteti
İstehlak mallarının Ekspertizası və Marketinq (Qeyri-qida malları üzrə) Bakalavr 2010-2014
Azərbaycan Dövlət İqtisad Universiteti
Biznesin Təşkili və idarəolunması (Maliyyə üzrə) 2014-2016 Magistr
İnsan Resursları üzrə Mütəxəssis | Vitam MMC Sentyabr 2023 – Sentyabr 2026 • İşə qəbul ehtiyaclarını müəyyənləşdirmək və yeni vəzifələr üzrə vəzifə təsvirləri hazırlamaq. • Müxtəlif platformalarda vakansiya elanlarını yerləşdirmək və namizədlərin aktiv axtarışını aparmaq. • CV-lərin ilkin qiymətləndirilməsi, uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi. • Namizədlərin seçilməsi üzrə struktur bölmə rəhbərləri ilə koordinasiya aparmaq və işə qəbul qərarlarını dəstəkləmək. • Seçilmiş namizədlərlə əmək haqqı və iş təklifi üzrə danışıqlar aparmaq. • Yeni əməkdaşların işə qəbuldan sonrakı uyğunlaşdırılması və işə adaptasiya prosesini təşkil etmək. • İşə qəbul prosesinin səmərəliliyinin artırılması məqsədilə işə qəbul strategiyalarının hazırlanmasında iştirak etmək. • Komanda quruculuğu və bayram tədbirləri daxil olmaqla korporativ tədbirləri təşkil etmək. • Əməkdaşların fərdi insan resursları ehtiyaclarının həlli üçün görüşlər təşkil etmək. • İşə qəbul, rotasiya, xitam, ezamiyyət, məzuniyyət və xəstəliklə bağlı kadr hərəkətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun icra etmək. • İnsan resursları proseslərində əmək qanunvericiliyi və hüquqi məsələlərlə bağlı dəstək göstərmək. Satış üzrə Nümayəndə | Azqtel MMC (SAZZ İnternet müştəri xidmətləri, baş ofis) Dekabr 2017 – Yanvar 2020 • Müştərilərin qəbulu və müştəri xidmətlərinin göstərilməsi. • Aylıq abunə haqlarının ödənilməsinin həyata keçirilməsi. • Avadanlıqların satışı, ayarlanması və təmirə qəbul edilməsi. • Həftəlik və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.