Mən 1 ildən artıq təcrübəyə malik QA Engineer olaraq proqram təminatının keyfiyyətinin təmin edilməsi sahəsində çalışıram. Əsas təcrübəm manual testing, web və mobile tətbiqlərin test edilməsi, API və database testing, həmçinin UI/UX yoxlamalarını əhatə edir.
Gündəlik işimdə test ssenarilərinin hazırlanması, testlərin icrası, bug-ların aşkarlanması və sənədləşdirilməsi, tələblərin və texniki sənədlərin təhlili ilə məşğul oluram. API testləri üçün Postman, Swagger və REST-assured, database yoxlamaları üçün SQL və MongoDB Compass, testlərin idarə olunması üçün Jira, Qase.io, Xray və Zephyr alətlərindən istifadə edirəm.
Avtomatlaşdırma sahəsində Selenium WebDriver və Java ilə təcrübəm var, həmçinin Playwright və TypeScript biliklərimi inkişaf etdirirəm. Agile/Scrum mühitində komanda ilə əməkdaşlıq edir, gündəlik görüşlərdə iştirak edir və məhsulun keyfiyyətinin artırılması üçün aktiv şəkildə çalışıram.
Məsuliyyətli, detallara diqqət yetirən və analitik düşüncəyə malik biriyəm. Yeni texnologiyaları öyrənməyə, biliklərimi təkmilləşdirməyə və həm manual, həm də automation testing sahəsində peşəkar inkişafımı davam etdirməyə çalışıram. Məqsədim istifadəçilərin ehtiyaclarına cavab verən, etibarlı və keyfiyyətli proqram təminatının hazırlanmasına töhfə verməkdir.
Bakı Dövlət Universiteti, Kompüter Elmləri
Andersen IT Consultung Company QA Engineer olaraq işləmişəm