Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnformasiya texnologiyaları
/
Məlumat bazasının idarə edilməsi və inkişafı
/
Bakı
/
Data analitik
Elanı Seçilmişlərə əlavə edin
Şəlalə Novruz Əhmədova

Şəlalə Novruz Əhmədova

Data analitik
800 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
Təcrübəsiz
№ 619242
Dərc edilib: 12.10.2026
Baxış sayı: 105
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
Təcrübəsiz

Haqqımda

​Mən Şəlalə Əhmədova, 1995-ci ildə anadan olmuşam. Ali təhsilimi Bakı Dövlət Universitetinin Fizika fakültəsində fizika ixtisası üzrə tamamlamışam (2012–2017). Aldığım fundamental elmi təhsil mənə analitik düşünmə, məntiqi yanaşma və mürəkkəb problemlərin həlli istiqamətində güclü təməl qazandırıb.

​Əmək fəaliyyətimə Goranboy Rayon Maliyyə İdarəsində kompüter operatoru kimi başlayaraq, maliyyə-uçot sənədləri, məlumat bazalarının idarə olunması və rəsmi hesabatların hazırlanması sahəsində təcrübə qazanmışam. Peşəkar bacarıqlarımı müasir dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə "INNAB Business School"-da Data Analitika üzrə intensiv Bootcamp proqramını uğurla başa vurmuşam. Bu təlim çərçivəsində Excel, SQL, Power BI və Python (NumPy, Pandas, Matplotlib, Seaborn) proqramlaşdırma dilləri və alətləri vasitəsilə böyük həcmli məlumatların təhlili və vizuallaşdırılması istiqamətində praktiki biliklərə yiyələnmişəm.

​Biliklərimi dövlət idarəçiliyi sahəsində də tətbiq etmək üçün çalışaraq Dövlət Qulluğu Sertifikatını (BB4) əldə etmişəm. Həmçinin 2025-ci ildən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Planlama və İnkişaf şöbəsi üzrə məsləhətçi vəzifəsi üçün ehtiyat kadr siyahısına daxil edilmişəm.

​Şəxsi keyfiyyətlərim arasında məsuliyyətlilik, səbr, komandada işləmək bacarığı, vaxtın effektiv idarə olunması və yeni bilikləri sürətlə mənimsəmək kimi xüsusiyyətlər üstünlük təşkil edir. Ana dilimdən əlavə, türk, ingilis və rus dillərini orta səviyyədə bilirəm. Məqsədim əldə etdiyim analitik və texniki bilikləri dinamik komandada tətbiq edərək, təşkilatın inkişafına töhfə vermək və peşəkar fəaliyyətimi daha da irəfiyə aparmaqdır.

Şəlalə Novruz Əhmədova
Minimum maaş:

800 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin