Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Satınalma və təchizat
/
Tender mütəxəssisi
/
Bakı
/
Freelance Tender mütəxəssisi
Elanı Seçilmişlərə əlavə edin
Mədinə Sabit Mirzəyeva

Mədinə Sabit Mirzəyeva

Freelance Tender mütəxəssisi
500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
35
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 619287
Yeniləndi: 18.10.2026
Baxış sayı: 116
Şəhər
Bakı
Yaş
35
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

# FREELANCE TENDER VƏ KOTİROVKA XİDMƏTLƏRİ

*Peşəkar satınalma və tender dəstəyi — Mədinə Mirzəyeva*

Dövlət və özəl satınalmalar sahəsində 5 ildən artıq praktiki təcrübəyə malik mütəxəssis olaraq şirkətlərə və sahibkarlara freelance əsasda tender və kotirovka sənədlərinin hazırlanması, toplanması və satınalma prosedurlarında iştirak üzrə peşəkar xidmətlər təklif edirəm.

### Göstərdiyim xidmətlər

- Tender və kotirovka şərtlər toplusunun ətraflı təhlili;

- Tender sənədlərinin toplanması, hazırlanması və sistemləşdirilməsi;

- Bir mənbədən satınalma üzrə sənədlərin hazırlanmasına dəstək;

- e-tender.gov.az, PASHA Group və SOCAR satınalma platformalarında tender prosesinin izlənməsi və iştirak üzrə dəstək;

- Texniki təklif və texniki uyğunluq cədvəllərinin hazırlanması;

- Forma 2, qiymət cədvəlləri, maliyyə təklifləri və kalkulyasiyaların tərtibi;

- İcra qrafiki, zəmanət məktubu və öhdəlik məktublarının hazırlanması;

- MAF, Datasheet və digər texniki sənədlərin uyğunlaşdırılması;

- Ehtimal olunan qiymətdən aşağı təkliflər üzrə izahat məktublarının hazırlanması;

- Tender nəticələrinə dair etiraz, müraciət və rəsmi cavab məktublarının tərtibi;

- Müqavilələrin hazırlanması və satınalma sənədlərinin tələblərə uyğunluğunun yoxlanılması.

### Niyə mənimlə əməkdaşlıq etməlisiniz?

- 5 ildən artıq satınalma və tender təcrübəsi;

- Dövlət və özəl sektor üzrə praktiki fəaliyyət;

- Generator və enerji sistemləri, sənaye avadanlıqları, tikinti, İT, catering, servis xidmətləri və digər sahələr üzrə təcrübə;

- 2025-ci ildə catering sahəsində iştirak edilən 4 tenderdən 3-də qalib nəticə;

- Peşəkar kalkulyasiya, qiymət analizi və texniki uyğunluq sənədlərinin hazırlanması;

- Dəqiqlik, operativlik və fərdi yanaşma.

*Əməkdaşlıq forması:* Freelance, layihə əsaslı və davamlı əməkdaşlıq.

*Xidmət haqqı: 500 AZN-dən başlayır.*

Qeyd: Xidmətin yekun qiyməti tenderin həcminə, mürəkkəbliyinə, tələb olunan sənədlərin sayına və icra müddətinə uyğun olaraq dəyişir. Qiymət tender sənədləri nəzərdən keçirildikdən sonra razılaşdırılır.


Təhsil: Ali

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti İnvestisiyanın İqtisadi Qiymətləndirilməsi 2010–2013 Ali təhsil

1 nömrəli Bakı Peşə Liseyi Kimya Texnologiyası Laborant 2007–2010


İş təcrübəsi: 5 ildən artıq

• Generator və enerji sistemləri

• Sənaye avadanlıqları

• Tikinti və mühəndislik xidmətləri

• İT və proqram təminatı

• Catering və qida xidmətləri

• Servis və texniki xidmətlər

• Korporativ və ofis təchizatı

• Ehtiyat hissələri və texniki mallar

• Dövlət və özəl satınalma layihələri

• Mebel istehsalı alışı

•Transformator alışı və satışı

•Socar

•Qapalı Tenderlər

•Bir Məmbə və s


Bacarıqlar

✔ Dövlət və özəl satınalma prosedurlarının idarə olunması

✔ Dövlət satınalmaları haqqında qanunvericilik

✔ Tender strategiyasının hazırlanması

✔ Tender sənədlərinin tam hazırlanması

✔ Texniki və maliyyə təkliflərinin hazırlanması

✔ Kalkulyasiya və maliyyə əsaslandırmalarının hazırlanması

✔ Qiymət strategiyasının hazırlanması

✔ Bazar araşdırması və qiymət analizi

✔ Texniki uyğunluq sənədlərinin hazırlanması

✔ Funksional xüsusiyyət sənədlərinin hazırlanması

✔ Müqavilələrin hazırlanması və hüquqi uyğunluğun təmin edilməsi

✔ İcra qrafiklərinin hazırlanması

✔ Zəmanət məktublarının hazırlanması

✔ Tender üzrə etiraz, izahat və rəsmi cavab məktublarının hazırlanması

✔ Satınalma risklərinin qiymətləndirilməsi və idarə olunması

✔ SAP ERP

✔ e-tender.gov.az

✔ Microsoft Excel (Advanced)

Hazırladığım Tender Sənədləri

• Texniki təkliflər

• Maliyyə təklifləri

• Kalkulyasiya sənədləri

• Texniki uyğunluq sənədləri

• Funksional xüsusiyyət sənədləri

• İcra qrafikləri

• Müqavilələr

• Zəmanət məktubları

• Təcrübə və uyğunluq məktubları

• Qiymət cədvəlləri

• Kotirovka sənədləri

• Tender etirazları və rəsmi izahat məktubları

• Satınalma üzrə rəsmi yazışmalar

Xidmət yalnız sənədlərin hazırlanması ilə məhdudlaşmır. Tenderin ilkin təhlilindən başlayaraq təklifin hazırlanması və formalaşdırılması, texniki və maliyyə sənədlərinin düzgün tərtibi, qiymət strategiyasının müəyyənləşdirilməsi, elektron satınalma sistemində təqdimat, qiymətləndirmə mərhələsinin izlənilməsi, sorğu və izahatlara cavabların hazırlanması, rəsmi yazışmalar, şikayət və etiraz məktubları, müqavilə mərhələsi və sonrakı proseslərin koordinasiyasına qədər tenderin əsas mərhələləri kompleks şəkildə idarə olunur.

Mədinə Sabit Mirzəyeva
Minimum maaş:

500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin