Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını fərqlənmə diplomu və 94.5/100 akademik göstərici ilə bitirmişəm. Beynəlxalq münasibətlər, diplomatiya, xarici tərəfdaşlarla əməkdaşlıq və təşkilati kommunikasiya sahələrinə maraq göstərirəm. Azərbaycan, ingilis və rus dillərində ünsiyyət və yazılı kommunikasiya bacarıqlarına malikəm. Araşdırma, məlumatların təhlili, rəsmi yazışmaların aparılması və komanda ilə işləmək bacarıqlarımı inkişaf etdirmişəm. Məsuliyyətli, öyrənməyə açıq və nəticəyönümlü biri olaraq xarici əlaqələrin qurulması və inkişaf etdirilməsi, tərəfdaşlarla səmərəli əməkdaşlığın təmin olunması istiqamətində bilik və bacarıqlarımı tətbiq etməyi hədəfləyirəm.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını fərqlənmə diplomu(qırmızı diplom) ilə bitirmişəm. Bununla yanaşı Mədəniyyət Nazirliyində təcrübəçi kimi və Beynəlxalq Münasibətlərin Təhlili və Multikultiralizm Mərkəzində xarici siyasət, Milli Məclisin çağırışları və s. mövzuların diskussiyasında iştirakçı kimi fəaliyyət göstərmişəm.
"Əliyev və K" şirkətində Xarici əlaqələr üzrə menecer vəzifəsində işləmişəm. Xarici təchizatçılarla uzunmüddətli əlaqələrin yaradılması,danışıqların aparılması, bazarın təhlili, qiymət təkliflərinin alınması, müqavilələrin bağlanılması, gömrük sistemində bəyannəmələrin daxil edilməsi və s. iş öhdəliklərimə daxil idi.