Bakı Mühəndislik Universitetində Kimya mühəndisliyi üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə Bərk tullantıların emalı texnologiyası ixtisası üzrə magistr təhsili almışam.
Azərsu ASC-də laborant təcrübəsi keçdiyim müddətdə su nümunələrinin laborator analizində iştirak etmiş, suyun təmizliyi, codluğu və mineral tərkibinin yoxlanılması prosesləri üzrə praktiki biliklər əldə etmişəm. Laboratoriya avadanlıqları, analiz prosedurları və təhlükəsizlik qaydaları ilə tanış olmuşam.
MS Office proqramları ilə işləmək bacarığına sahibəm. Diqqətli, məsuliyyətli, dəqiq və öyrənməyə açıq biriyəm. Laboratoriya sahəsində nəzəri və praktiki biliklərimi daha da inkişaf etdirməyi, peşəkar təcrübə qazanmağı və çalışacağım müəssisənin fəaliyyətinə fayda verməyi hədəfləyirəm.
2020–2024-cü illərdə Bakı Mühəndislik Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışam. 2024–2026-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bərk tullantıların emalı texnologiyası ixtisası üzrə magistr təhsili almışam.
2024-cü ilin fevral–may aylarında Azərsu ASC-də laborant kimi təcrübə keçmişəm. Bu müddət ərzində su nümunələrinin laborator analizində iştirak etmiş, suyun təmizliyi, codluğu və mineral tərkibinin yoxlanılması prosesləri ilə tanış olmuşam. Laboratoriya avadanlıqları, analiz prosedurları və təhlükəsizlik qaydaları üzrə praktiki biliklər əldə etmişəm.