Satış, idarəetmə və müştəri xidmətləri sahəsində 10 ildən artıq iş təcrübəsinə malikəm. Hazırda JYSK şirkətində Mağaza meneceri (Filial müdiri) vəzifəsində çalışıram. İş fəaliyyətim ərzində mağazanın gündəlik idarə olunması, satışların artırılması, müştərilərlə iş, komandanın koordinasiyası və iş proseslərinin təşkilində praktiki təcrübə əldə etmişəm.
Müxtəlif şirkətlərdə satış təmsilçisi, kassir, baş kassir, barista-kassir, xidmət operatoru və digər vəzifələrdə çalışaraq müştəri xidməti, satış, kassa əməliyyatları və komanda işi üzrə geniş təcrübə qazanmışam.
Əsas güclü tərəflərim effektiv ünsiyyət, məsuliyyətli yanaşma, komandada işləmək, müştərilərlə düzgün münasibət qurmaq və yaranan problemləri operativ şəkildə həll etmək bacarığıdır. Yeni bilik və bacarıqlar əldə etməyə, peşəkar inkişaf etməyə və qarşıma qoyulan məqsədlərə nail olmağa daim çalışıram.
Microsoft Office, 1C, TSD, To Do List və Google Services proqramları ilə işləmə bacarığım var. Rus dilini əla, türk dilini yaxşı, ingilis dilini isə xidmət səviyyəsində bilirəm.
NASOA - Kiyev şəhəri, Menecment fakültəsi
Tarol-DD (JYSK) — Mağaza meneceri / Filial müdiri
2020 – hazırda
Mağazanın gündəlik fəaliyyətinin və iş proseslərinin idarə edilməsi
Satışların artırılması və satış nəticələrinin yaxşılaşdırılması
Mağazanın inkişafı üçün yeni ideya və təkliflərin hazırlanması
Müştərilərlə effektiv ünsiyyət və yüksək səviyyəli müştəri xidməti
Komanda ilə iş və əməkdaşların fəaliyyətinin koordinasiyası
BMS (Funzilla) — Кassir
2019 – 2020
Kassa əməliyyatlarının aparılması və nəzarəti
Müştərilərə xidmət göstərilməsi
Menecerlərə gündəlik iş prosesində dəstək
Uşaqlarla və müştərilərlə ünsiyyət
Unique Supply (Ormado Coffee / Coin Cafe) — Barista-kassir
2019 – 2020
Müxtəlif içkilərin hazırlanması
Müştərilərə xidmət göstərilməsi
Kassa əməliyyatlarının həyata keçirilməsi
Miniso C.O. (Miniso) — Kassir
2018 – 2019
Kassa əməliyyatlarının aparılması
Müştərilərə xidmət göstərilməsi
Məhsulların satışı və satış prosesinin həyata keçirilməsi
FBCO (Gloria Jean's Coffees) — Barista-kassir
2017 – 2018
Müxtəlif içkilərin hazırlanması
Müştərilərə xidmət göstərilməsi
Kassa əməliyyatlarının aparılması
GFC (KFC) — Komanda üzvü
2015 – 2017
Mətbəxdə iş proseslərinin həyata keçirilməsi
Kassa ilə işləmək və müştərilərə xidmət göstərilməsi
Gündəlik iş prosesində müxtəlif tapşırıqların yerinə yetirilməsi
Sabah Group (Mothercare) — Satış təmsilçisi
2015 – 2015
Uşaq malları və geyimlərinin satışı
Müştərilərə məhsullar barədə məlumat verilməsi
Kassa əməliyyatlarının aparılması
Müştəri xidmətinin göstərilməsi
Silk Way (Sky Catering) — Aşbaz köməkçisi
2014 – 2014
Aviareyslər üçün yeməklərin hazırlanması
Mətbəxdə gündəlik iş proseslərinə dəstək
Roadside Assistance — Xidmət operatoru
2011 – 2012
Müştərilərdən gələn zənglərin qəbul edilməsi
Sürücülərə lazımi yardım və xidmətlərin təşkilində dəstək
Müştərilərlə telefon vasitəsilə effektiv ünsiyyət