Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Təhsil və elm
/
Digər
/
Bakı
/
Layihə meneceri
Elanı Seçilmişlərə əlavə edin

ET

Elnarə Tehran Əsgərova

Layihə meneceri
1000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
24
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
№ 619463
Dərc edilib: 14.10.2026
Baxış sayı: 68
Şəhər
Bakı
Yaş
24
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər

Haqqımda

Politologiya üzrə bakalavr və Beynəlxalq Münasibətlərin Tarixi və Nəzəriyyəsi üzrə magistr təhsilinə malik mütəxəssisəm. Dövlət idarəçiliyi, beynəlxalq münasibətlər, siyasi tədqiqatlar, qanunvericilik fəaliyyəti, pedaqogika və layihələrin idarə edilməsi sahələrində təcrübəyə malikəm.

Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzində sənədlərlə iş üzrə mütəxəssis, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisində ictimai əsaslarla deputat köməkçisi və Masallı rayonu Viləş kənd bələdiyyəsinin seçkili üzvü kimi fəaliyyət göstərirəm. Əvvəlki fəaliyyətim çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində siyasi tədqiqatlar, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsində parlament fəaliyyəti, Avrasiya Əməkdaşlıq Fondunda isə layihələrin idarə edilməsi istiqamətində təcrübə qazanmışam.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində müəllim əvəzedicisi və tədrisçi kimi çalışmış, tədris prosesinin təşkili və metodologiyası sahəsində təcrübə əldə etmişəm. Beynəlxalq münasibətlər, politologiya, dövlət idarəçiliyi və siyasi proseslər üzrə biliklərimi analitik fəaliyyət və tədrislə əlaqələndirməyə xüsusi önəm verirəm.

Beynəlxalq təcrübəmi Gənclərin İnkişafı Forumu – 2025 (İstanbul), Avrasiya Əməkdaşlıq Fondunun “Münaqişə Məktəbi – 2022” proqramı və ABŞ-ın Kornell Universitetinin onlayn “Take the Lead” təlim-təqaüd proqramı vasitəsilə genişləndirmişəm. Google Project Management, Microsoft Public Relations və UC Irvine Risk Management kursları üzrə əldə etdiyim biliklər layihə idarəetməsi, kommunikasiya və risklərin qiymətləndirilməsi sahələrində peşəkar inkişafıma töhfə verib.

Peşəkar bacarıqlarıma analitik və tənqidi düşüncə, siyasi proseslərin təhlili, sənədlərlə iş, layihələrin planlaşdırılması və idarə edilməsi, tədris metodologiyası, komandada işləmək və təşkilati fəaliyyət daxildir. Google Workspace və Microsoft Office proqramlarından istifadə edir, müxtəlif istiqamətlər üzrə məlumatların sistemləşdirilməsi və sənədləşdirilməsi sahəsində çalışıram.

Azərbaycan dili ana dilimdir. İngilis, rus və türk dillərini bilirəm. Müxtəlif sahələrdə qazandığım təcrübəni birləşdirərək dövlət idarəçiliyi, beynəlxalq əməkdaşlıq, təhsil, tədqiqat və layihələrin həyata keçirilməsi istiqamətlərində bilik və bacarıqlarımı tətbiq etməyə, yeni təşəbbüslərə töhfə verməyə və davamlı peşəkar inkişafa çalışıram.


Təhsil: Ali

Magistr dərəcəsi - Beynəlxalq Münasibətlər Tarixi və Nəzəriyyəsi, 2023 – 2025 · Bakı

Azərbaycan Dillər Universiteti, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi

Bakalavr - Politologiya, 2019 – 2023 · Bakı

Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi.

"Take the Lead"-; təlim-təqaüd proqramı 2024 · Cornell Universiteti, ABŞ (online)


İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Sənədlərlə iş üzrə mütəxəssis may 2026 – hazırda · Bakı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Rəqəmsal Səhiyyə Mərkəzi (PHŞ)

Siyasi tədqiqatçı / Politoloq (təcrübəçi) sen 2025 – dek 2025 · Bakı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

İctimai əsaslarla deputat köməkçisi noy 2024 – hazırda · Bakı

Azərbaycan Respublikasının Milli Məclisi

Bələdiyyə üzvü yan 2025 – hazırda · Masallı

Masallı Rayonu, Viləş kənd bələdiyyəsi · Seçkili üzv

Layihə meneceri sen 2022 – mar 2023 · Bakı

Avrasiya Əməkdaşlıq Fondu

Təcrübəçi fev 2023 – may 2023 · Bakı

Milli Məclis, Ailə, qadın və uşaq problemləri komitəsi

Elnarə Tehran Əsgərova
Minimum maaş:

1000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin