Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Heyətin idarəolunması
/
Bakı
/
İnsan Resursları üzrə Rəhbər
Elanı Seçilmişlərə əlavə edin
Mehman  Qəhrəman Qəhrəmanov

Mehman Qəhrəman Qəhrəmanov

İnsan Resursları üzrə Rəhbər
2500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
17
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 619480
Dərc edilib: 14.10.2026
Baxış sayı: 96
Şəhər
Bakı
Yaş
17
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

16+ illik peşəkar təcrübəyə malik İnsan Resursları üzrə Menecer. Hüquq və İqtisadiyyat üzrə ali təhsil və Dövlət Əmək Müfəttişliyi Xidmətində 10 illik fəaliyyət təcrübəsi əsasında şirkətlərdə HR strategiyasının qurulması, əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi və əməliyyat effektivliyinin artırılması üzrə ixtisaslaşmışam. Əmək haqqı fondunun optimallaşdırılması, HR sistemlərinin rəqəmsallaşdırılması və daxili nəzarət mexanizmlərinin qurulması sahəsində təcrübəliyəm.


Təhsil: Ali

Hüquq

Naxçıvan Dövlət Universiteti

İqtisadiyyat

Naxçıvan Özəl Universiteti


İş təcrübəsi: 5 ildən artıq

İnsan Resursları üzrə Rəhbər

"Green Service LTD" MMC (tikinti) 06/2026 – Davam edir

  1. İnsan Resursları strategiyasının hazırlanması, tətbiqi və icrasına nəzarət;
  2. Tikinti layihələri üzrə işçi qüvvəsinin planlaşdırılması, vakansiyaların idarə olunması, kütləvi və fərdi işə qəbul proseslərinin təşkili, namizədlərin qiymətləndirilməsi, müsahibələrin keçirilməsi və istedadların cəlb edilməsi strategiyasının həyata keçirilməsinə nəzarət;
  3. Təşkilati strukturun və ştat cədvəlinin hazırlanması, struktur dəyişikliklərinin idarə olunması və vəzifələrin optimallaşdırılması;
  4. HR siyasətləri, daxili intizam qaydaları, SOP, əsasnamələr, vəzifə təlimatları və digər normativ sənədlərin hazırlanması, tətbiqi və icrasına nəzarət;
  5. İşçilərin Onboarding, Offboarding proseslərinin təşkili, standartlaşdırılması və icrasına nəzarət;
  6. Vəzifələr və struktur bölmələr üzrə KPI sisteminin hazırlanması və icrasına nəzarət;
  7. HR proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və davamlı təkmilləşdirilməsi layihələrinin idarə olunması;
  8. HR analitikasının və əsas HR göstəricilərinin hazırlanması, rəhbərlik üçün strateji hesabatların təqdim edilməsi və qərarvermə prosesinin dəstəklənməsi;
  9. Dövlət Əmək Müfəttişliyi Xidməti, DSMF, Dövlət Məşğulluq Agentliyi ilə rəsmi yazışmaların, əməkdaşlığın və qanunvericilik tələblərinə uyğun proseslərin idarə olunması;
  10. İş vaxtının uçotu, məzuniyyət, ezamiyyət, intizam tədbirləri və xidməti araşdırmaların qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi və idarə olunması.

İnsan Resursları üzrə Menecer

“Glassica” QSC (istehsalat) | 08/2022 – 01/2026

  1. İnsan resursları funksiyasının, işə qəbul proseslərinin və işçi heyətinin idarə olunmasına rəhbərlik edilməsi;
  2. HR və təşkilati strukturun, ştat cədvəlinin formalaşdırılması, əməkhaqqı fondunun optimallaşdırılması;
  3. Onboarding, Offboarding və adaptasiya proseslərinin təşkili, tətbiqi və icrasına nəzarət;
  4. HR siyasətləri, SOP və SLA standartlarının hazırlanması, tətbiqi və icrasına nəzarət;
  5. Vəzifələr və struktur bölmələr üzrə KPI sisteminin hazırlanması, icrasına nəzarət və fəaliyyət nəticələrinin qiymətləndirilməsi;
  6. HR sənəd dövriyyəsinin və işə qəbul sənədləşdirilməsi proseslərinin sistemləşdirilməsi, elektron HR sistemlərində məlumatların düzgünlüyünə nəzarət;
  7. 1C proqramında işçi məlumatlarının qeydiyyatı, əməkhaqqı, məzuniyyət və digər ödənişlər üzrə məlumatların monitorinqi və müvafiq proseslərə nəzarət;
  8. Ezamiyyət əmrlərinin hazırlanması və ezamiyyət xərclərinin hesablanması proseslərinin təşkili;
  9. Mükafatlandırma və vəzifə yüksəlişi mexanizmlərinin hazırlanması və tətbiqinə nəzarət;
  10. Hesabatlılıq mexanizminin qurulması, struktur bölmələrarası koordinasiyanın təmin edilməsi və HR göstəriciləri üzrə hesabatlılığın təşkili;
  11. Dövlət qurumları ilə rəsmi yazışmaların və hüquqi təmsilçilik proseslərinin idarə olunması;
  12. ƏMAS və İSB sistemlərində əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət.

Baş Məsləhətçi – Baş Əmək Müfəttişi

Dövlət Əmək Müfəttişliyi Xidməti (dövlət qulluğu) 10/2008 – 07/2018

  1. Müəssisə və təşkilatlarda müraciət və şikayətlər əsasında kompleks və hədəfli dövlət nəzarəti yoxlamalarının təşkili və həyata keçirilməsi;
  2. Əmək müqavilələri, kadr kargüzarlığı və əmək münasibətlərinə dair sənədlərin əmək qanunvericiliyinə uyğunluğunun yoxlanılması;
  3. İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqavilələrinə dəyişiklik və xitam, iş vaxtı, istirahət vaxtı, məzuniyyət və digər əmək münasibətlərinin qanunvericiliyə uyğunluğuna nəzarət;
  4. Əməkhaqqı, kompensasiyalar, son hesablaşmalar, sosial təminat ödənişləri və digər əmək ödənişlərinin düzgün hesablanması və ödənilməsinin auditinin aparılması;
  5. İntizam tənbehləri, əmək mübahisələri və işdən azad edilmə proseslərinin qanunvericiliyə uyğunluğunun araşdırılması;
  6. Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinin tətbiqinə nəzarət;
  7. Əmək qanunvericiliyinin pozulması halları üzrə inzibati icraatın aparılması, inzibati xəta protokollarının, məcburi göstərişlərin, aktların, qərarların, rəy və hesabatların hazılanması.

Bacarıqlar

İnsan Resursları strategiyasının qurulması və transformasiya

İşə qəbul və kütləvi seçim prosesləri

Performans və mükafatlandırma sistemi

Əmək mübahisələrinin idarə olunması

Əmək qanunvericiliyinə uyğunluq və audit

ƏMAS, İSB, E-social, SİMA

MS Office, 1C 8.3, Micro, ERP sistemləri

Sertifikatlar:

IEEC

Human Resources Management

IEEC

ISO 9001:2015

Standart Belgelendirme Kalite Yönetim Sistemleri

ISO 19011:2011

Board Infinity

Foundations of SHRM Certification

Prospect Academy

Prospect Cloud ERP

Azerbaijan School of Diplomacy

Human Resources Management

Mehman Qəhrəman Qəhrəmanov
Minimum maaş:

2500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin