Hüquqşünas olaraq müqavilələrin hazırlanması və ekspertizası, hüquqi sənədlərin tərtibi, məhkəmə prosesləri və korporativ hüquq sahəsində praktiki təcrübəyə malikəm. Hüquqi risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, hüquqi prosedurların həyata keçirilməsi və müştərilərə hüquqi məsləhətlərin verilməsi üzrə təcrübəm var.
1. Bakalavr
Universitet: Bakı Dövlət Universiteti
Dərəcə: Bakalavr
İxtisas: Hüquqşünaslıq
İllər: 2019 – 2023
2. Magistr
Universitet: Qərbi Kaspi Universiteti
Dərəcə: Magistr
İxtisas: Hüquq psixologiyası
İllər: 2023 – 2025
1. KANATİS MMC (konsaltinq şirkəti)
Vəzifə: Hüquqşünas
Tarix: Aprel 2025 – Oktyabr 2025
Əsas işlər: Müqavilələrin hazırlanması, hüquqi ekspertiza və risklərin qiymətləndirilməsi; hüquqi sənədlərin (əmr, qərar, iddia ərizəsi, etibarnamə, bildiriş) hazırlanması; hüquqi şəxslərin dövlət qeydiyyatı və elektron prosedurların həyata keçirilməsi; müştərilərə hüquqi məsləhətlərin verilməsi.
2. KARTAŞ LTD MMC (Mr. Fix)
Vəzifə: Hüquqşünas
Tarix: 2024 – Mart 2025
Əsas işlər: Müqavilələrin hazırlanması və hüquqi rəylərin verilməsi; iddia ərizələri, apellyasiya şikayətləri və etirazların hazırlanması; məhkəmə proseslərində iştirak; icra və gömrük orqanlarına müraciət.
3. Abşeron Rayon Prokurorluğu
Vəzifə: Təcrübəçi hüquqşünas
Tarix: Aprel 2023 – May 2023
Əsas işlər: Cinayət işləri və prokuror və müstəntiqin fəaliyyəti ilə tanışlıq.
4. Abşeron Rayon İcra Hakimiyyəti
Vəzifə: Təcrübəçi hüquqşünas
Tarix: Mart 2023 – Aprel 2023
Əsas işlər: Hüquqi sənədlərin və məktubların hazırlanması; işlərin arxivləşdirilməsi.
5. Abşeron Rayon Məhkəməsi
Vəzifə: Təcrübəçi hüquqşünas
Tarix: Fevral 2023 – Mart 2023
Əsas işlər: Məhkəmə sənədlərinin tərtibi; məhkəmə proseslərində iştirak; elektron məhkəmə sistemi ilə işləmək.