Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə bakalavr təhsilinə və beynəlxalq logistika əməliyyatları sahəsində praktiki təcrübəyə malikəm. İlkin təlim dövründən sonra əməliyyatlar (Operations) üzrə bütün prosesləri müstəqil şəkildə təhvil alaraq aparıcı rol üzrə məsuliyyət daşımışam. Müştəri sorğularının idarə olunması, daşıyıcılarla danışıqlar, qiymətləndirmə, yük daşımalarının əvvəldən sonadək izlənilməsi və sənədləşmə proseslərini sərbəst şəkildə həyata keçirirəm. Yüksək məsuliyyət hissinə malik, müstəqil qərar qəbul edə bilən və logistika/satınalma sahəsində peşəkar inkişafa həvəsli kiçik mütəxəssisəm.
Universitet: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)
İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Dərəcə: Bakalavr
Təhsil illəri: 2022 – 2026
Əməliyyatların Müstəqil İdarə Olunması: Bütün logistik proseslərin sərbəst koordinasiyası və aparıcı rolda icrası.
Logistika və Təchizat: Beynəlxalq və yerli yük daşımalarının idarə edilməsi, optimal marşrutların və daşıyıcıların seçilməsi, qiymət analizi.
Müxtəlif Nəqliyyat və Yük Növləri üzrə Daşımalar: Avtomobil (quru), hava, dəmiryolu və dəniz daşımalarının, habelə Full (FTL/FCL) və Qrupaj/Yığım (LTL/LCL) yüklərin idarə olunması.
Sənədləşmə və Müqavilələr: Beynəlxalq daşıma sənədlərinin (CMR, Bill of Lading, SMGS, AWB, invoys, packing list, spetsifikasiya və s.) və müqavilələrin tərtib edilməsi, yoxlanılması.
Danışıqlar və Ünsiyyət: Müştərilər, xarici tərəfdaşlar və daşıyıcılarla peşəkar danışıqların aparılması.
Sertifikatlar: Quality Assurance & Quality Control (QA/QC) sertifikatı, Coursera – Təchizat zənciri (Supply Chain) üzrə təlim/sertifikat
Dil bilikləri: Azərbaycan dili (ana dili), İngilis dili(yaxşı).
Kompüter bilikləri: MS Office (Excel, Word, PowerPoint, Outlook).