31 yaşım var, 10 il iş təcrübəm var.
Yarımştat iş axtarıram,iş qrafiki razılaşma əsasında.
Əməkhaqqı işin xarakteri və həcminə görə dəyişə bilər.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-Elektroenergetika mühəndisliyi
Iş təcrübəsi:10 il - Istismar sahəsi üzrə
1)Yüksək Gərginlik üzrə növbətçi mühəndis- 7il- ET üzrə 4 cü qrup sertifikatı
2) Inzibati binada - Elektrik mütəxəssis - 4il
Yarımştat iş axtarıram (razılaşma əsasında)
Elektroenergetika sahəsində təcrübəli mütəxəssis kimi yarımştat iş imkanları ilə maraqlanıram.
Peşəkar bacarıqlar və xidmətlər:
İnzibati binaların elektrik təsərrüfatı üzrə texniki xidmət və istismar təcrübəsi
- Müəssisənin 6/0,4 kV paylayıcı qurğularına və elektrik avadanlıqlarına texniki baxışın keçirilməsi, operativ əməliyyatların yerinə yetirilməsi və fasiləsiz elektrik təchizatına nəzarət;
- Ehtiyat generatorların, UPS sistemlərinin və reaktiv gücün kompensasiyası qurğularının texniki vəziyyətinə nəzarət, baxış və texniki xidmət işlərinin təşkili;
- Müəssisədaxili 0,4 kV MCC, PL və UPL elektrik şitlərinə texniki baxışın keçirilməsi, nasazlıqların aşkarlanması və zəruri elektrik avadanlıqlarının yenilənməsi;
- Havalandırma sistemləri, AHU, fan-coil qurğuları, busbar magistralları, elektrik yuvaları və işıqlandırma sistemlərində yaranan nasazlıqların aradan qaldırılması;
- Yeni elektrik avadanlıqlarının texniki göstəricilərinin və tələbatının müəyyənləşdirilməsi, quraşdırılması üçün işlərin təşkili, icrasına nəzarət və görülmüş işlərin təhvil-təsliminin təmin edilməsi.