Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Mühasib
/
Bakı
/
Mühasib köməkçisi
Elanı Seçilmişlərə əlavə edin

MV

Mətanət Vaqif Quliyeva

Mühasib köməkçisi
750 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
38
Təhsil
Orta
İş təcrübəsi
5 ildən artıq
№ 619710
Yeniləndi: 28.10.2026
Baxış sayı: 126
Şəhər
Bakı
Yaş
38
Təhsil
Orta
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Ailəliyəm, iki övladım var. Bakı şəhərində yaşayıram. 5 günlük iş saatı ilə işləmək mənə uyğundur.

🔹 Ofis Menecmenti və İdarəetmə:

Ofisin gündəlik iş proseslərinin səmərəli təşkili və nəzarəti, sənədləşmə işlərinin düzgün aparılması, əmək məhsuldarlığının yüksəldilməsi üçün daxili nizam-intizamın qorunması.

🔹 Kadrların Seçimi və İşə Götürülməsi:

Namizədlərin seçimi, ilkin müsahibələrin təşkili, işə qəbul prosedurlarının həyata keçirilməsi. Yeni əməkdaşların işə uyğunlaşdırılması və təlim prosesi ilə məşğul olmaq.

🔹 Təlim və İşin Öyrədilməsi:

Yeni işçilərə vəzifə öhdəliklərinin izahı, vəzifə təlimatlarının çatdırılması və praktik olaraq işin düzgün yerinə yetirilməsinin nəzarətdə saxlanılması.

🔹 Ofisin Təchizatı və Təmiri:

Ofisin zəruri texniki avadanlıq və materiallarla təmin edilməsi, ofis ehtiyaclarının vaxtında və səmərəli şəkildə ödənilməsi, həmçinin logistika işlərinin təşkili.

🔹Görüşlərin və zənglərin təşkili, rəhbərliyin tapşırıqlarının icrası, qonaqların qarşılanması, sənədlərin qəbulu və yönləndirilməsi, e-poçt yazışmalarının aparılması.

🔹 Rəhbərliyə Hesabat və Məlumatlandırma:

İş proseslərinin nəticələri barədə rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatların təqdim edilməsi, müvafiq statistik və analitik məlumatların hazırlanması.

🔹 Ünsiyyət və Komanda İşi:

Komanda daxilində effektiv əməkdaşlıq, kollektivlə işləmə bacarığı, işçilərlə və rəhbərliklə düzgün və peşəkar münasibətlərin qurulması.

🔹 Ofis Proqramları və Rəqəmsal Bacarıqlar:

Microsoft Office proqramları (Word, Excel, Outlook, Netsis, 1c v.s kimi özəl proqramlarda işləmə bacarığı) ilə sərbəst işləmə, ofis avadanlıqlarından (printer, skaner, faks) istifadə bacarığı.

Özümü bu sahədə dahada inkişaf etdirmək, mühasibat uçotu kurs və təlimlərinə gedib dahada inkişafda olmağı hədəfləyirəm. İşimi layiqincə görməyi aldığım əmək haqqını layiqincə haqq etməyi sevirəm. Aktiv insanam. Pozitiv düşüncələrim olur.

Ailəliyəm. İki övladım var. İşləməyə imkan veriləcək qədərdə böyükdür.

Azərbaycan dili -yüksək

Türk dili - yüksək

Rus dili zəyif


Təhsil: Orta

Təhsilim ortadır, lakin kurs və seminarlarda iştirak etmişəm. Əsas iş təcrübəsidir, insanın hər girdiyi iş ortamlarında yeniliklərə açıq olub, işləmə performansını artırmalıdır.


İş təcrübəsi: 5 ildən artıq

Delta group MMC 6 il

Yavuzlar group mmc- 1 il

MM inşaat MMC -1 il

Z- style- 6 ay

Delta-group MMC də 6 il ofis meneceri və sonra mühasib köməkçisi vəzifəsinə qalmışam. Əlavə başqa inşaat şirkətində lavaş şirkətində və.s işlərdə çalışmışam.

İşdəki öhdəliklərin gələn gedən malların sisdemə otuzdurulması, anbar giriş çıxışlarına nəzarət, günlük fakturaların işlənməsi, kassaların işlənməsi. Müştəri borclarının işlənməsi, banka ödənişlərin işlənməsi, müştəri dövriyyələrini və kreditlərinin çıxarılması. İşçi maaşlarını, prioritetlərinin hesablanması, verilməsini təmin etmək. Yeni işçiləri yönləndirmək, danışıqlar aparılması, işinin öyrədilməsi, ofis daxili avadanlıqlara, sənədlərə nəzarət.

Xərclərin izlənməsi, nəzarəti artıq rasxodların qarşısının alınması. Kassaların düzgün və şəffaf işlənməsi nəzarəti

Müqavilələr, aktların çıxarılması imzalanması. Lazımı şöbələrə verilməsi. Mətbəxin işlərinə nəzarət. Praduk və.s

Mətanət Vaqif Quliyeva
Minimum maaş:

750 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin