Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Hüquqşünaslıq
/
Hüquqşünas
/
Bakı
/
Aparıcı/Baş hüquqşünas
Elanı Seçilmişlərə əlavə edin

AA

Asiman Asəf Musayeva

Aparıcı/Baş hüquqşünas
2100 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
23
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
№ 619726
Dərc edilib: 19.10.2026
Baxış sayı: 82
Şəhər
Bakı
Yaş
23
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər

Haqqımda

Araşdırma yönümlü olmağım, stress vəziyyətində mümkün ən tez və praktiki həll yolarını araşdırmağım və bilməyim məni digər namizədlərdən fərqləndirən xüsusiyyətdir. Həm universitet illərində, həm də universiteti bitirdikdən sonra 4 ilə yaxındır ki, praktiki hüquq sahəsində çalışıram.


Təhsil: Ali

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin fərqlənmə məzunu (GPA 98.66) və təcrübəli hüquqşünasam.


İş təcrübəsi: 3 ildən 5 ilə qədər

2 ilə yaxın (İyul, 2023 – Aprel, 2025) "De Fendo" Vəkil bürosunda rəsmi vəkil köməkçisi kimi fəaliyyət göstərmişəm. Vəkilin məhkəmə işlərinin planlaşdırılması və təşkilini təmin etmiş; müştəri görüşlərində iştirak edərək onların suallarını cavablandırmış və hüquqi əsaslandırılmış izahlar vermişəm. Kommersiya, mülki və ailə hüququ işləri üzrə çalışmış; müvafiq qanunvericiliyi öyrənərək hər bir işə praktiki tətbiq etmişəm. Peşəkar tabeçilik qaydalarına riayət etməklə müştəri əlaqələrinin idarə olunmasında, daxili ofis kommunikasiyasında və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə koordinasiyada köməklik göstərmişəm. Yeni qəbul edilmiş qanunvericilik aktlarını müvafiq məhkəmə işlərində nəzərə almış və onların düzgün tətbiqini təmin etmişəm.

Aprel, 2025-dən etibarən "Faktor Lizinq" MMC-də hüquqşünas kimi fəaliyyət göstərirəm. 50-dən çox məhkəmə prosesində iştirak etmiş və şirkətin maraqlarını uğurla müdafiə etmişəm. Dövlət və qeyri-dövlət qurumlarının sorğularını cavablandırmış; rəsmi sorğular hazırlamış və göndərmiş; davam edən məhkəmə işləri üzrə tələb olunan sənədlər toplusunu formalaşdırmışam. Vəsatətlər, ərizələr, iddia ərizələri, şikayətlər və etirazlar hazırlamış; müvafiq məhkəmə iclaslarında bu sənədlər üzrə təmsilçilik və müdafiəni təmin etmişəm. Həmçinin icra qeydi institutunun tətbiqi, icra işlərinin icra edilməsi işləri üzrə praktiki təcrübəyə malikəm.

Qeyd edim ki, Sentyabr, 2026-dan etibarən "Faktor Lizinq" MMC-nin baş hüquqşünası kimi fəaliyyət göstərirəm.


Bacarıqlar

MS Office, MS Word mükəmməl bilirəm. Həmçinin e-mehkeme, e-gov.az, vergi və digər rəsmi saytlar/portallar ilə işləməyi bacarıram. Əlavə olaraq, C1 səviyyədə ingilis və türk dili bilir, Azərbaycan dilində səlis danışa/yaza bilirəm.

Asiman Asəf Musayeva
Minimum maaş:

2100 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin