İş prosesində sistemli yanaşmaya, məsuliyyətə, operativ qərarverməyə və problemlərin qanunvericiliyə uyğun həllinə üstünlük verirəm. Eyni zamanda, HR proseslərinin optimallaşdırılması, daxili prosedurların təkmilləşdirilməsi və rəhbərlik üçün effektiv qərarların qəbul edilməsinə kömək edən məlumatların hazırlanmasını vacib hesab edirəm.
Gələcək peşəkar hədəfim İnsan Resursları sahəsində qazandığım təcrübəni daha da inkişaf etdirmək, HR əməliyyatlarının effektivliyini artırmaq, müasir idarəetmə yanaşmalarını tətbiq etmək və şirkətin ümumi fəaliyyətinə strateji töhfə verməkdir.
2004-2008-cı illər ərzində Odlay Yurdu Universiteti Tərcümə-İngilis-dili fakultəsində bakalavr təhsili almışam.
Mən 2016-cı ildən etibarən İnsan Resursları sahəsində fəaliyyət göstərirəm. Bu müddət ərzində HR istiqamətində geniş praktiki təcrübə qazanmış, insan resurslarının idarə edilməsinin müxtəlif sahələri üzrə bilik və bacarıqlarımı inkişaf etdirmişəm.
Peşəkar fəaliyyətim çərçivəsində işə qəbul proseslərinin təşkili, kadr inzibatçılığı, əmək müqavilələrinin və digər kadr sənədlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinin idarə olunması, əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi, işçi heyətinin idarə olunması və HR proseslərinin təkmilləşdirilməsi istiqamətlərində çalışmışam.
Fəaliyyətimdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğunluğun təmin edilməsinə, sənədləşmə proseslərinin düzgün və vaxtında həyata keçirilməsinə, işçilərlə münasibətlərin peşəkar şəkildə idarə olunmasına xüsusi diqqət yetirirəm.
Hesab edirəm ki, İnsan Resursları funksiyası yalnız inzibati proseslərin icrası ilə məhdudlaşmır. HR həm də şirkətin strateji məqsədlərinə çatmasına dəstək göstərən, əməkdaşların potensialının inkişafına töhfə verən və təşkilati effektivliyi artıran mühüm idarəetmə istiqamətidir.