İnsan resursları və kadr inzibatçılığı sahəsində təcrübəyə malik mütəxəssis. Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsi,
əmək münasibətlərinin rəsmiləşdirilməsi, ƏMAS və 1C sistemlərində əməliyyatların aparılması, məzuniyyət və davamiyyət
uçotu üzrə praktiki biliklərə malikdir. İşə qəbul prosesləri, HR hesabatlılığı və daxili prosedurların təkmilləşdirilməsi üzrə
təcrübəyə sahibdir.
Bakı Ali Neft Məktəbi
Maliyyə üzrə Magistr
Bakı Dövlət Universiteti
Tarix üzrə Bakalavr
● Şam-Fi International Trading Company İnsan Resursları üzrə Mütəxəssis Sentyabr 2025 – Davam edir
∘ 1800-dən çox əməkdaşı əhatə edən kadr inzibatçılığı proseslərinin idarə edilməsi, əmək müqavilələrinin bağlanması,
dəyişdirilməsi və xitamının ƏMAS və 1C sistemlərində rəsmiləşdirilməsi.
∘ İşə qəbul, xitam, məzuniyyət və ezamiyyət üzrə 4 əsas kadr əməliyyatı istiqamətində sənədləşmənin əmək
qanunvericiliyinə uyğun həyata keçirilməsi.
∘ 1800-dən çox əməkdaşın məzuniyyət və davamiyyət uçotunun aparılması, aylıq 500-dən çox məzuniyyətin
rəsmiləşdirilməsi, məzuniyyət hüquqlarının və qalıqlarının hesablanması.
∘ Miqrasiya, icbari sığorta və əməkhaqqı kartları üzrə proseslərin koordinasiyası, DEMX və digər dövlət qurumları ilə
rəsmi yazışmaların aparılması.
∘ Aylıq və dövri HR hesabatlarının hazırlanması, kadr məlumatlarının dəqiqliyinin təmin edilməsi və sənəd dövriyyəsinin
təkmilləşdirilməsi.
∘ İşdən ayrılma müsahibələrinin (Exit Interview) keçirilməsi, ayrılma səbəblərinin təhlili, əməkdaş rəylərinin toplanması
və işçi dövriyyəsinin azaldılması məqsədilə rəhbərliyə təkliflərin təqdim edilməsi.
● Yeni Həyat Şirkətlər Qrupu MMC May 2024 – Sentyabr 2025
İnsan Resursları üzrə Kiçik Mütəxəssis
∘ İşçi tələbatının planlaşdırılması, vəzifə təlimatları və kompetensiya tələblərinin hazırlanmasında iştirak edilməsi.
∘ Vakansiyaların idarə edilməsi, namizədlərin seçilməsi, işə qəbul və onboarding proseslərinin təşkili.
∘ Əmək müqavilələrinin rəsmiləşdirilməsi, kadr məlumat bazasının və şəxsi işlərin idarə edilməsi.
∘ Şirkətdaxili HR prosedurlarının və sənədləşmə proseslərinin hazırlanması və təkmilləşdirilməsinə dəstək göstərilməsi.
∘ Məzuniyyət və davamiyyət uçotunun aparılması, aylıq və dövri HR hesabatlarının hazırlanması.