Mən, Nicad Piriyev, İnsan Resursları sahəsində kadr inzibatçılığı, sənədləşmə və işçi məlumatlarının idarə olunması üzrə praktiki bilik və təcrübəyə malik bir mütəxəssisəm. Ali təhsilimi 2020–2024-cü illərdə Bakı Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə almışam. Universitet təhsilimi 93.6 GPA yüksək akademik göstərici ilə fərqlənmə diplomu ilə başa vurmuşam. Bakalavr təhsilimi tamamladıqdan sonra 2024–2025-ci illərdə müddətli həqiqi hərbi xidmətimi müvəffəqiyyətlə yerinə yetirmişəm. Nəzəri biliklərimi zənginləşdirmək məqsədilə Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkil etdiyi İnsan Resursları üzrə peşə hazırlığı kursunu bitirmişəm. Eyni zamanda, HR Option təlim mərkəzində Kadr İnzibatçılığı kursunu 87 GPA göstəricisi ilə başa vuraraq müvəffəqiyyət diplomuna layiq görülmüşəm. Peşəkar fəaliyyətimə ilk olaraq Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi təcrübə proqramı çərçivəsində Star HR Company-də başlamışam. Bu təcrübə dövründə HR sənədləşməsi, daxili prosedurlar və ƏMAS portalında kadr əməliyyatlarının aparılması sahəsində bazal biliklər qazanmışam. Daha sonra HR Option şirkətində təcrübəçi kimi fəaliyyətimi davam etdirərək əməkhaqqının hesablanması və HR proseslərinin avtomatlaşdırılması üzrə biliklərimi dərinləşdirmişəm. Bu təcrübə proqramında əmək qanunvericiliyinin tətbiqi, əmək müqavilələrinin və müxtəlif kadr əmrlərinin hazırlanması qaydalarını praktiki olaraq mənimsəmişəm. Sonrakı dövrdə Mazarina Trade Company MMC-də İnsan Resursları üzrə kiçik mütəxəssis vəzifəsində çalışmışam. Şirkətdə çalışarkən işçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və kadr əmrlərinin rəsmiləşdirilməsi işlərini icra etmişəm. Əməkdaşların işə qəbulu, məzuniyyəti və işdən azad olunması ilə bağlı ərizə və sənədləşmə proseslərini tam idarə etmişəm. Filiallarla koordinasiyalı fəaliyyət göstərərək korporativ nömrələrin idarə olunmasını JIRA Support sistemi vasitəsilə təmin etmişəm. Paralel olaraq, İSB portalı üzərindən kadr əməliyyatlarını həyata keçirmiş və əməkhaqqı kartlarının sifarişi prosesini əlaqələndirmişəm. Praktiki təcrübəmlə yanaşı, Coursera, Stanford və Duke Corporate Education platformalarında liderlik, agile idarəetmə və emosional intellekt üzrə beynəlxalq sertifikatlar əldə etmişəm. Qlobal su çatışmazlığı problemləri və onların həlli yolları mövzusunda elmi məqalənin müəllifiyəm. İş prosesində ƏMAS, İSB portalı, JIRA Support, Google Workspace tools və MS Office proqramlarından peşəkar səviyyədə istifadə edirəm. Azərbaycan dilindən əlavə, türk dilini C1 və ingilis dilini B1 səviyyəsində bilirəm. Məsuliyyətli, detallara diqqət yetirən və komanda ilə effektiv əməkdaşlıq edən bir mütəxəssis kimi HR sahəsində peşəkar inkişafımı davam etdirməyi hədəfləyirəm.
Bakı Dövlət Universiteti – Dövlət və ictimai münasibətlər (Bakalavr, 2020–2024)
Ali təhsilimi 93.6 GPA göstəricisi ilə fərqlənmə ilə başa vurmuşam.
Bakı Peşə Hazırlığı Mərkəzi / Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuş peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirmişəm.
Kadr İnzibatçılığı üzrə Müvəffəqiyyət Diplomu – HR Option (GPA: 87).
Digər Sertifikatlarım
Emotional Intelligence in Leadership (Coursera Instructor Network)
The AI Awakening: Implications for the Economy and Society (Stanford University)
Agile Team Leadership (Duke Corporate Education)
İnsan Resursları üzrə kiçik mütəxəssis | Mazarina Trade Company MMC (04/2026 – 10/2026)
* İşçilərin şəxsi işlərini hazırlamış, formalaşdırmış və müvafiq qaydada arxivləşdirmişəm.
* İşə qəbul, məzuniyyət və işdən çıxma ilə bağlı ərizələri hazırlamış, müvafiq kadr əmrlərini rəsmiləşdirmişəm.
* Filiallarla koordinasiyalı fəaliyyəti təşkil etmiş, əməkhaqqı kartlarının sifarişi və təhvil verilməsini idarə etmişəm.
* İSB portalı üzərindən əməliyyatları icra etmiş və müvafiq məlumatları sistemə daxil etmişəm.
* ƏMAS portalı vasitəsilə işçilərlə əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə dəyişiklik edilməsi əmək müqaviləsinə xitam verilməsi, müvafiq bildirişlərin göndərilməsi.
* DƏMX tərəfindən daxil olmuş şikayət məktublarının cavablandırılması
* Korporativ nömrələrin idarə olunmasını həyata keçirmiş və yaranan problemləri JIRA Support sistemi vasitəsilə həll etmişəm.
Təcrübə Proqramları
İnsan Resursları üzrə təcrübəçi | HR Option (02/2026 – 05/2026)
* Əməkhaqqının (payroll) hesablanması prosesini praktiki nümunələr üzərində tətbiq etmişəm.
* Əmək qanunvericiliyinin tətbiqi, əmək müqavilələrinin, işə qəbul, işdən azad etmə, məzuniyyət və ezamiyyət əmrlərinin hazırlanması qaydalarını mənimsəmişəm.
* HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə məşğələlərdə və case tapşırıqlarında iştirak etmişəm.
İnsan Resursları üzrə təcrübəçi | Star HR Company / Dövlət Məşğulluq Agentliyi (01/2026 – 04/2026)
* ƏMAS sistemində əməliyyatların yerinə yetirilməsi üzrə praktiki təcrübə qazanmışam.
* HR sənədləşməsi, daxili prosedurlar və işə qəbul prosesinin əsas mərhələləri ilə tanış olmuşam.