IT Brains Academy- Qrafik dizayn Qızıl Diplom
ADPK- Məktəbəqədər təlim və tərbiyə
İyul 2025 — Oktyabr 2026 | Özəl diş klinikası – Qrafik Dizayner
Yanvar 2024 — İyul 2025 | Tan Media Agency – Qrafik Dizayner (2023-cü ilin dekabrında 2 aylıq təcrübə proqramını 1 aya uğurla bitirərək əsas heyətə qəbul olunmuşam)
2023 | Innoland İnkubasiya Mərkəzi – Təcrübəçi ("Alimok" layihəsi)
3 illik peşəkar iş təcrübəm ərzində həm reklam agentliyində, həm klinika daxilində, həm də frilans əsasda müxtəlif layihələrdə çalışmışam. Dizayn prosesində yalnız vizual gözəlliyə deyil, izləyiciyə ötürülən mesajın detallarına, konseptin estetikasına və ümumi uyumuna xüsusi diqqət yetirirəm.
Fəaliyyətim dövründə "Yussal Provision" (qlobal brendlərin rəsmi distribütoru), "Technol" (Qafqazın ilk mühərrik və sənaye yağları istehsalçısı), "Scandens" (dərman fabriki), "Əzələ" (fitnes mərkəzi), "Kəhriz", "1soft", "Zarat" və s. tanınmış brendlərin layihələrində iştirak etmişəm.
Həmçinin, frilans fəaliyyətim çərçivəsində "Lunera Hotel", "Master School", "Ingla School", "Bouquet", "inky.az", "Embrace Digital" və digər şirkətlərlə əməkdaşlıq edərək, onların korporativ vizual kimliklərinin formalaşdırılmasına töhfə vermişəm.
Sosial media postlarının dizaynı
Brendbuk (brandbook) hazırlanması
Adobe Photoshop vasitəsilə şəkillər üzərində detallı işləmə (retuş)
2D sərgi və məhsul stendlərinin yaradılması
Tilda.cc ilə veb-saytların idarə olunması
Xüsusilə çap məhsullarının dizaynı (avtobrendinq, flayer, liflet, buklet, vizitkart, kataloq və s.) və onların çapa tam problemsiz, texniki tələblərə uyğun hazırlanması üzrə dərin təcrübəyə sahibəm.