Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr təhsilimi başa vurmuşam və hazırda Bakı Dövlət Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistratura təhsilimi davam etdirirəm. Təhsil müddətində qrup şəklində müxtəlif layihələrin hazırlanmasında iştirak etmişəm. Dərslər və müstəqil öyrənmə vasitəsilə Jira platforması, Agile və Scrum metodologiyaları üzrə biliklərimi inkişaf etdirmişəm.
Gənclər təşkilatlarında koordinator və təcrübəçi kimi fəaliyyətim zamanı tədbirlərin təşkili, təcrübə proqramlarının koordinasiyası, namizədlərlə əlaqə, müsahibələrin təşkili və tapşırıqların bölüşdürülməsi proseslərində iştirak etmişəm. Həmçinin qeydiyyat proseslərinin təşkili, iştirakçıların yönləndirilməsi və fəaliyyət hesabatlarının hazırlanması üzrə təcrübə qazanmışam.
Microsoft Office proqramları, Canva və Google Drive ilə işləmə bacarığına malikəm. Məsuliyyətli, təşkilatçı və öyrənməyə açıq yanaşmamla iş proseslərinin səmərəli təşkilinə töhfə verməyi, mövcud bilik və bacarıqlarımı tətbiq edərək peşəkar inkişafımı davam etdirməyi hədəfləyirəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Bakalavr — Dövlət və bələdiyyə idarəetməsi | 2022–2026
Təhsil müddətində qrup layihələrinin hazırlanmasında iştirak etmiş, “Şəkidəmi” və “Şakoloji Path” layihələri üzərində komanda şəklində çalışmışam. Dərslər və müstəqil öyrənmə yolu ilə layihələrin idarə olunması, Agile və Scrum metodologiyaları, həmçinin Jira platforması üzrə biliklər əldə etmişəm.
Bakı Dövlət Universiteti
Magistratura — İqtisadiyyatın tənzimlənməsi | 2026–davam edir
Gənclərin İnkişafı və Karyera Mərkəzi (GKİM)
Koordinator | 01.03.2026 – 19.06.2026
Gənclərin Həmrəyliyi İctimai Birliyi
Koordinator | 15.12.2025 – 15.02.2026
Gənclərin Həmrəyliyi İctimai Birliyi
Təcrübəçi — START 3.0 | 01.06.2025 – 01.12.2025
Dövlət İmtahan Mərkəzi (DİM)
Könüllü