Hazırda ümumi idarəetmə ixtisası üzrə magistr təhsili alıram. ASAN xidmətdə könüllü olaraq fəaliyyət göstərmiş, vətəndaşlarla ünsiyyət və xidmət sahəsində təcrübə qazanmışam. İnsan resursları (HR) üzrə sertifikata sahibəm. Yeni biliklər əldə etməyə, özümü inkişaf etdirməyə və komandada işləməyə açığam.
Bakalavr:
Bakı Dövlət Universiteti-kimya müəllimliyi[2020-2024]
Magistr:
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Biznesin təşkili və idarəedilməsi-Ümumi idarəetmə
Karyera və işə hazırlıq mərkəzi:
İnsan resurları üzrə təcrübə proqramı-Hr mütəxəsis sertifikatı
Asan xidmət:
Könüllülük fəaliyyəti
İnsan resursları üzrə əməliyyatlar: Kadr uçotunun aparılması, şəxsi iş məlumatlarının sistemləşdirilməsi, HR sənədlərinin hazırlanması və əməkdaşlara dair məlumatların elektron qaydada idarə edilməsi.
ƏMAS (Əmək və Məşğulluq Altsistemi): Əmək müqavilələrinin elektron qaydada rəsmiləşdirilməsi, əmək münasibətlərində baş verən dəyişikliklərin sistem üzərindən qeydiyyatı, əməkdaşlar üzrə məlumatların daxil edilməsi və yenilənməsi, əmək münasibətləri ilə bağlı elektron əməliyyatların icrası.
Microsoft Excel: HR əməliyyatlarının icrası, əməkdaşlar üzrə məlumat bazasının formalaşdırılması və idarə edilməsi, məlumatların emalı və sistemləşdirilməsi, elektron cədvəllərin hazırlanması, hesabatların tərtibi və məlumatların təhlili.
Microsoft Word: Rəsmi sənədlərin hazırlanması, redaktəsi və formatlaşdırılması, əmək münasibətləri ilə bağlı sənədləşmə işlərinin aparılması, sənədlərin müvafiq tələblərə uyğun tərtibi.