Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Heyətin idarəolunması
/
Bakı
/
İnsan Resursları üzrə baş mütəxəssis
Elanı Seçilmişlərə əlavə edin
Şamay Akif Bayramlı

Şamay Akif Bayramlı

İnsan Resursları üzrə baş mütəxəssis
1500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
34
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 619939
Yeniləndi: 28.10.2026
Baxış sayı: 55
Şəhər
Bakı
Yaş
34
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Karyeram ərzində işə qəbul və seçim, işçilərin sənədləşdirilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin rəsmiləşdirilməsi, işə qəbul və xitam prosesləri, əmrlərin hazırlanması, şəxsi işlərin aparılması, məzuniyyətlərin idarə edilməsi, kadr uçotu və əmək qanunvericiliyinin tətbiqi sahələrində təcrübə qazanmışam.

HR proseslərinin sıfırdan qurulması və təkmilləşdirilməsi, daxili prosedurların hazırlanması, vəzifə təlimatlarının tərtibi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, KPI sistemlərinin tətbiqi, adaptasiya proqramlarının hazırlanması və rəhbərliyə HR istiqamətində dəstək göstərilməsi üzrə də praktiki təcrübəyə malikəm.

İnsan Resurslarının İdarə Edilməsi üzrə MBA təhsilinə sahibəm. Peşəkar inkişafıma xüsusi önəm verir, müasir HR yanaşmalarını, rəqəmsal alətləri və süni intellekt imkanlarını iş proseslərimdə tətbiq etməyə çalışıram.

Məqsədim peşəkar bilik və təcrübəmi tətbiq edə biləcəyim, şirkətin inkişafına və insan kapitalının səmərəli idarə olunmasına töhfə verə biləcəyim bir komandada fəaliyyət göstərməkdir.

İnsan Resursları üzrə baş mütəxəssis, aparıcı mütəxəssis, HR Business Partner və rəhbər vəzifələr üzrə uyğun iş təkliflərini dəyərləndirməyə açığam.


Təhsil: Ali

Azərbaycan Dövlət İqtisad Universiteti

İnsan resurslarının idarə olunması / Magistr / 2014 - 2016

Azərbaycan Müəllimlər İnstitutu

Riyaziyyat və İnformatika müəllimliyi / Bakalavr / 2010 - 2014


İş təcrübəsi: 5 ildən artıq

“Man-G Design and Construction” MMC

İnsan Resursları üzrə Baş Mütəxəssis / Sent 2025 - Noyabr 2026

İcra etdiyim öhdəliklərim: İnsan Resurslarına dair bütün proseslərin yeganə işçi olaraq tam idarə olunması: İşə qəbul müsahibələrinin keçirilməsi, test imtahanlarının təşkili, yeni əməkdaşların adaptasiya və orientasiya proseslərinin idarə olunması; - Davamiyyətə nəzarət və kadr kargüzarlığına aid sənədləşmənin icrası; - Əmək haqqı tabelinin tərtibi və ERP Logix sistemi ilə əməliyyatların aparılması.

“Pozitif Çağrı Mərkəzi” MMC

İnsan Resursları üzrə Mütəxəssis / İyul 2024 - Avq 2025

Şirkətin İnsan Resursları proseslərinin tam idarə olunması və koordinasiyası;

- Davamiyyət uçotunun təşkili, əmək müqavilələrinin və şəxsi işlərin

hazırlanması;

- Əmək haqqı kartlarının sifarişi və rəqəmsal sənədləşmə (E-gov, ƏMAS, SAP, İSB

platformaları)

Fövqəladə Hallar Nazirliyi - Kadrlarla İş Sektoru

Baş Mütəxəssis / Böyük Müfəttiş / Okt 2021 - İyun 2024

İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi və işdən azad edilməsi əmrlərinin

hazırlanması;

- Bütün növ insan resursları əməliyyatlarının icrası və rəhbərliyə hesabatların

təqdim olunması;

- Davamiyyət uçot cədvəllərinin tərtibi və Finger print proqramına nəzarət.

-Daxil olan məktubların cavablandırılması

Azərbaycan Tibb Universiteti

Kadrlar üzrə Müfəttiş / Sent 2018 - Mart 2020

-İşçilərin şəxsi işlərinin formalaşdırılması və əmək kitabçalarının uçotu;

- Daxili sənəd dövriyyəsinin təşkili və gündəlik davamiyyətə nəzarət.

-Kadr kargüzarlığına dair bütün proseslərin icrası

“Orbita” Mənzil Tikinti Kooperativi

Kadrlar üzrə mütəxəssis / Noy 2014 - Dek 2016

-Həm mühasibatlıq şöbəsinə dəstək, həm də kadr kargüzarlığının icrası

-Şirkətdaxili ödənişlərin qəbulu

-Müqavilələrin hazırlanması

-Sahədəki işçilərin davamiyyətinə nəzarət

-Daxil olan məktubların və müraciətlərin cavablandırılması

-Digər ofisdaxili inzibatçılıq işlərinin təşkili

Şamay Akif Bayramlı
Minimum maaş:

1500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin