Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Maliyyə analitiki / İnvestisiya analitiki
/
Bakı
/
Maliyyə nəzarətçisi
Elanı Seçilmişlərə əlavə edin

AF

Anar Fizuli Kərimli

Maliyyə nəzarətçisi
1500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
40
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 619967
Dərc edilib: 26.10.2026
Baxış sayı: 57
Şəhər
Bakı
Yaş
40
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Maliyyə və kredit ixtisaslı, irimiqyaslı sənaye obyektlərinin tikintisi, infrastruktur və logistika layihələrində maliyyə nəzarəti, material uçotu və kreditor borcların idarə edilməsi sahəsində təcrübəyə malik mütəxəssis. 1 il 7 ay ərzində "Texno Global" MMC-də 5.000.000 AZN-dən artıq ödəniş hesabatını və 5.000.000 AZN civarında kreditor borcların həcmli analitik bazasını sıfırdan quraraq idarə etmişəm. Təchizat zəncirinin (material, beton, FMV, xüsusi texnika-avtokar, avtosəbət, avtokran,bekolayder, vərdənə və s.) təmininə, tədarükçülərlə maliyyə danışıqlarına, subpodratçılarla (ustalarla) QRP və Təhvil-təslim aktları vasitəsilə maliyyə risklərinin sıfırlanmasına və rəhbərliyə real vaxt rejimində daxili idarəetmə hesabatlarının (Excel Dashboard) təqdim olunmasına cavabdeh olmuşam.

İnsanlara qarşı hörmət və nəzakətli davranışım sayəsində hər
kəslə çətinlik duymadan ünsiyyət qura bilirəm. Sıx iş qrafiki
zamanı belə sakit və məntiqli düşünmə qabiliyyətimi
itirmirəm, qarşıma qoyduğum işi sona qədər yerinə yetirirəm.
Dəqiqlik, gülərüzlük, dürüstlük, səliqəli görünüş mənim üçün
əsas meyarlardan sayılır.
Yuxarıda sadaladığım özəlliklərə əsaslanaraq şirkətinizə əlavə
gəlir gətirəcəyimə əminəm.
Bacarıqlarımı sizə iş praktikasında sübut etməyə şad olaram.

Təhsil: Ali

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-Maliyyə və kredit

Təfəkkür universiteti-Jurnalistika

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakultəsini bitirməklə maliyyə sistemini dərindən mənimsəmiş və nəzəri biliklərini əldə etmişəm. Əldə etdiyim bilikləri iş praktikasında daha da gücləndirib, maliyyə sahəsində yeni məlumatlar qazanmışam.


İş təcrübəsi: 5 ildən artıq

Maliyyə Nəzarətçisi / Mal-Material və Borclar Mühasibi

Layihələr üzrə Maliyyə Nəzarətçisi / Mal-Material və Borclar Mühasibi

"Texno Global" MMC (Nərimanov, Bakı) | 09.04.2025 – 31.10.2026

• Kreditor Borcların İdarə Edilməsi: Şirkətin işlədiyim illər ərzində 5000,000 AZN-dən artıq olan ümumi xərclər-borc portfelinin Excel bazasını sıfırdan qurmuş, ödəniş qrafiklərini tənzimləmiş və borcların sistemli şəkildə azaldılması üçün rəhbərlik və təchizatçılarla mütəmadi danışıqlar aparmışam.

• Tədarükçülərlə Təmas və Satınalma: Təchizatçılarla material, (beton, FMV, xırdavat, xüsusi texnika) birbaşa maliyyə danışıqları aparmış, müqavilələr bağlamış, ödəniş müddətlərini və şərtlərini tənzimləmişəm.

• Material və Maya Dəyəri Uçotu: Bütün layihələr üzrə (Pepsi anbarları, Azertexnolayn, AAC Gobustone, Azergold QSC, LLS anbar və ofis binası təmiri, ZTP-Cəbrayıl-Azərsun metal-konstruksiya, Kolin İnşaat, Azersun Günəş panellərinin quraşdırılması,(Sumqayıt GES, Tovuz GES, Biləsuvar GES) ATS Food Çörəkçi-Sumqayıt, ATS Food Çörəkçi Şəmkir layihələri) sahəyə daxil olan mal-materialların, avadanlıqların, texnika və işçi xidmətlərin, uçotunu 50-dən çox alt-kateqoriya üzrə aparmışam.

• Logistika və Xidmət Hesabatlığı: "Azeronline LTD" layihəsi üzrə 2 illik (2024-2026) daşınma, avtokar, fəhlə xidmətlərinin operativ uçotunu tutmuş, vergi portalına (e-qaimə) uyğunlaşdırılması üçün təqdim olunmuş və qarşı tərəflə rəsmi üzləşmələr aparmışam.

• Sahə Xərcləri və Təhvil-Təslim Aktları: Sahə rəislərinin, təchizatçıların köçürmə və nağd xərclərini audit etmiş, usta/briqada ödənişləri zamanı şirkəti hüquqi və maliyyə risklərindən sığortalamaq üçün rəsmi Təhvil-təslim aktları tərtib etmişəm.

• İdarəetmə Hesabatlığı: Rəhbərlik üçün real vaxt rejimində layihə xərclərini, daxil olan/çıxan pul axınını və qalıq borcları göstərən baza hesabatlar (Excel/Dashboard) hazırlamışam.

Kompüterləşdirilmiş Tərəzi və Loqistika üzrə Nəzarətçi_______________

AMEA Yüksək Texnologiyalar Parkı | 03.10.2022 – 06.04.2025

• Əraziyə daxil olan xammal və yanacaq daşıyan xüsusi nəqliyyat vasitələrinin (benzin, neft, dizel, fleqma, yağlar və s.) "Kobastar" proqram təminatı vasitəsilə avtomobil tərəzində dəqiq çəki uçotunun aparılması və yönləndirilməsi.

• Giriş-çıxış göstəricilərinin, tərəzi qaimələrinin və loqistik hərəkət göstəricilərinin elektron sistemdə qeydiyyatı və hesabatlaşdırılması.

Servis Administratoru____________________________________________

"Evro Servis" (Volvo Servis Mərkəzi) | 01.04.2019 – 23.07.2021

• Servis daxilində fəaliyyət göstərən icarədar fərdi sahibkarlarla müqavilələrin tənzimlənməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların hazırlanması.

• Fəaliyyətinə xitam verən icarədarlarla təhvil-təslim işlərinin yekunlaşdırılması, yeni icarədarlarla əlaqələrin qurulması və servisdə fəaliyyətə başlaması üçün bütün prosedur qaydaların həyata keçirilməsi.

Sahibkar / Kommersiya və Satış Meneceri___________________________

"Dekor Aləmi" Mağazası | 08.05.2014 – 10.10.2017

• Mağazanın ümumi maliyyə, satınalma, təchizat və pərakəndə satış fəaliyyətinin idarə olunması.

• Sosial media hesabları (Facebook, Instagram, WhatsApp) üzərindən rəqəmsal reklam, SMM, müştəri əlaqələri və eyni zamanda onlayn satış kanalının qurulması.

Anbar Uçot Mühasibi / Əməliyyatçı________________________________

"Azərpoçt" MMC | 02.08.2010 – 07.10.2011

• Gündəlik anbar mal-materiallarının say uçotunun aparılması, saxlanılması və qaimə-fakturalar əsasında filial/şöbələr üzrə çeşidlənərək paylanması.


Bacarıqlar

ƏSAS BACARIQLAR:

▪ Material və Maya Dəyəri Uçotu

▪ 5+ Mln AZN Ödəniş/Borc İcmalı

▪ Kreditor Borcların İdarəsi

▪ Təchizatçılarla Danışıqlar & Sifarişlər

▪ Logistika Hesabatlığı

▪ Müqavilə, QRP, Təhvil-Təslim Aktlarının Tərtibi.

KOMPÜTER VƏ PROQRAM BİLİKLƏRİ

▪ MS Excel (Yüksək/İrəliləmiş -Hesabatlar)

▪ MS Outlook (Korporativ e-poçt idarəçiliyi, rəsmi yazışmalar)

▪ MS Word (Sənədləşmə, Aktlar və Rəsmi Müqavilələr)

▪ Kobastar (Tərəzi və Avto-Çəki Proqramı)

▪ Windows (XP, 7, 8, 10, 11) və İnternet Resursları

Dil bilikləri:

AZƏRBAYCAN DİLİ

Ana dili

TÜRK DİLİ

Sərbəst

RUS DİLİ

İşgüzar / Orta

Anar Fizuli Kərimli
Minimum maaş:

1500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin