Bu sahəyə böyük həvəsim var. Əsas məqsədim tekstil və geyim istehsalı sahəsində biliklərimi daha da dərinləşdirmək, peşəkar olaraq inkişaf etmək və yeni kolleksiyalar üçün sıfırdan özəl modellər yaratmaqdır.
Praktiki Təcrübə: 9 yaşımdan etibarən tekstil və dərzi sahəsinin içindəyəm, 11-12 yaşlarımdan peşəkar olaraq fəaliyyət göstərirəm. Davamlı Çalışma Təcrübəsi: 6-7 il ərzində eyni müəssisədə davamlı olaraq çalışaraq fundamental bazamı və praktiki bacarıqlarımı formalaşdırmışam. Peşəkar İnkişaf: Baza biliklərinə yiyələndikdən sonra özümü fərqli istiqamətlərdə inkişaf etdirmək üçün müxtəlif atelye və tekstil müəssisələrində fəaliyyətimi davam etdirmişəm
Tikiş avadanlıqları ilə sərbəst işləmək və kəsim prosesini sıfırdan mükəmməl bilmək. Yeni geyim modellərinin dizaynı, işlənməsi və kolleksiyaların hazırlanması. Modellərin lekalının dəqiqliklə çıxarılması və texniki hazırlanması. Tekstil və geyim istehsalı sahəsində hərtərəfli nəzəri və praktiki biliklərə malik olmaq