Heykəltəraşlıq fakültəsində təhsil almışam. Yaradıcılıq, əl işləri və dekor sahəsində bacarıqlara malikəm. Qutu istehsalı şirkətində CİLDLƏMƏ MÜTƏXƏSSİSİ vəzifəsində çalışmışam və bu sahədə praktiki təcrübə qazanmışam. Müxtəlif növ qutuların, o cümlədən üzlüklü və karton qutuların hazırlanması, yığılması və işlənməsi üzrə bacarıqlara sahibəm.
Eyni zamanda, öz şəxsi dekor biznesimlə məşğulam. Dekorların hazırlanması, balonlarla işləmək və müxtəlif tədbirlər üçün bəzək işlərinin təşkili sahəsində təcrübəm var.
Məsuliyyətli, çalışqan, yaradıcı və öyrənməyə açıq biriyəm. İşimdə dəqiqliyə, səliqəyə və keyfiyyətə önəm verirəm. Yeni bilik və bacarıqlar qazanaraq peşəkar inkişafımı davam etdirməyi və çalışdığım müəssisəyə fayda verməyi qarşıma məqsəd qoymuşam.
2006-2010cil il Əzim Əzimzadə adına Rəssamlıq kolleci, Heykəltəraşlıq fakültəsində təhsil almışam .