“Refinance Kİ” MMC
Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı, inkişafa meyilli.
Müəssisə üçün tələb olunan daxili mühasibatlıq işlərini görə bilən, əlaqəli tərəflərlə yazışmalar aparmaq və s.
İş stajı : mühasibatlıq, kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1-3 il iş stajının olması
Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Gündəlik və aylıq hesabatların tərtib edilməsi
Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
Bank, kassa əməliyyatlarının uçotu və tələb olunan digər daxili hesabat formalarının hazırlanması
Tələb olunan hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi
Vergi orqanları ilə yazışmalar və tələb olunan sənədlərin və hesabatların (bəyənnamələrin) hazırlanması.
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi, müvafiq proqram təminatının öyrənmək və işləyə bilmək bacarığı
Əməliyyatların 1C proqramında işlənməsi və standart hesabatların hazırlanması
E-qaimələrin yazılması və hesab fakturaların təqdim edilməsi
Borcların ödənilməsinə mütəmadi nəzarət və hesabatların hazırlanması
Məlumatların təhlili və inkişaf dinamikası üzrə proqnozların hazırlanması
Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
İş qrafiki : saat 09:00-dan 18:00-dək , şənbə günləri (müstəsna hallarda) saat 10:00-dan 15:00-dək