Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Sənaye, tikinti və istehsalat
/
Usta
/
Berlin
/
Usta

MigNetz UG

Usta

4700 ₼ / ayda

№ 274302
Yeniləndi: 12.10.2026
Baxış sayı: 2719
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Berlin
Yaş
25 yaşdan 50 yaşadək
Təhsil
-
İş təcrübəsi
1 ildən 3 ilə qədər

İş barədə məlumat

Almaniyada (Berlin) işləmək üçün təcrübəli ustalar axtarılır, daimi iş yeri

Kimik?

MigNetz UG illərdir insanlara Almaniyada işə düzəlmək, peşə təhsili və rəsmi proseslərdə kömək edir. Biz Berlində qurulma mərhələsində olan Nuxa Solutions GmbH şirkəti üçün işçi axtarırıq. İşə qəbul birbaşa Nuxa Solutions GmbH tərəfindən olacaq. Azərbaycan və türk dillərində ünsiyyət qurulan bir komanda yaradırıq.

Axtardığımız ixtisaslar

  1. Mətbəx və mebel quraşdırıcısı
  2. Boyaqçı və divar işləri ustası
  3. Kafel və döşəmə ustası
  4. Tikinti və təmir sahəsində digər təcrübəli ustalar

Nə təklif edirik

  1. Daimi iş yeri (müvəqqəti iş və ya agentlik deyil)
  2. Berlində sizin üçün yaşayış yeri tapılır, mənzil xərcini Nuxa Solutions GmbH ödəyir
  3. Bakıda və ya Berlində alman dili kursuna yönləndirilirsiniz, kursun xərcini şirkət ödəyir
  4. MigNetz UG viza və yaşayış icazəsi proseslərində sizə yol göstərir və bu işlərlə məşğul olur, bununla bağlı xərcləri Nuxa Solutions GmbH ödəyir
  5. Berlində qarşılaşdığınız çətinliklərdə MigNetz UG yanınızdadır və kömək edir
  6. Eyni dildə danışan komanda və şəxsi adaptasiya

Necə müraciət etmək olar?

Bizə yazın və ya zəng edin, ətraflı müraciət məktubu lazım deyil. Müraciət edərkən portfolionuzu da göndərin (gördüyünüz işlərin şəkilləri və ya videoları), çünki işləriniz bizim üçün vacibdir. Əvvəlcə sizinlə tanış olmaq istəyirik. Uyğun gəlsək, daimi işə qəbul prosesinə keçirik.

📞 Şəhla Abdullayeva, MigNetz UG: 0176 84719816 (WhatsApp / Telegram)

✉️ info@mignetz.org


Tələblər

  1. Seçdiyiniz peşə üzrə real iş təcrübəsi
  2. Məsuliyyətli, dəqiq və komanda ilə işləməyi bacarmaq
  3. Fiziki hazırlıq və müxtəlif iş yerlərində işləməyə hazır olmaq
  4. Azərbaycan və ya türk dilində rahat ünsiyyət

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

MU

MigNetz UG
Usta

4700 ₼ / ayda

Elanı Seçilmişlərə əlavə edin