Şirkətimizə satış sahəsində təcrübəli, yüksək danışıq və inandırma qabiliyyətinə malik, məsuliyyətli, intizamlı və nəticəyönümlü satış menecerləri tələb olunur.
Şirkətimizdə əməkhaqqı dərəcə sistemi əsasında müəyyən edilir.
- Başlanğıc əməkhaqqı: 450 AZN-dən
- İş bacarığına və nəticələrə əsasən dərəcə artımı
- Satışlardan əlavə faiz gəlirləri
- Satış planlarına görə bonus və mükafatlar
- Yüksək nəticə göstərən əməkdaşlar üçün 2 000–3 000 AZN aylıq qazanc imkanı
İşə qəbul olunan namizədlər məhsullar, satış strategiyaları, CRM sistemi, Excel hesabatları və müştəri xidməti üzrə 1 aylıq nəzəri və praktiki təlim mərhələsindən keçirlər.
Şirkətimizdə işə davamiyyət, punktuallıq, hesabatlılıq və tapşırıqların vaxtında icrasına ciddi nəzarət olunur.
İşə gecikmələr, qeydiyyatların aparılmaması, hesabatların gecikdirilməsi və daxili qaydaların pozulması hallarında qanunvericiliyə uyğun intizam tədbirləri tətbiq edilir.
Bizə sadəcə iş axtaran deyil, məsuliyyətli, sistemli işləyən, satış bacarığına güvənən və yüksək qazanc əldə etməyi hədəfləyən əməkdaşlar lazımdır!
İş yeri: Bakı, Yasamal rayonu/ Şah ismayıl Xətai Metro yaxinliqi
Müraciət üçün CV-nizi göndərin. 050 494 4946
ƏLAVƏ MAAŞ VƏ BONUS QAZANMAQ ÜÇÜN ÜSTÜNLÜKLƏR
- Yüksək satış bacarığı – Satış planlarını yerinə yetirmək və yüksək satış nəticələri göstərmək.
- Mükəmməl danışıq qabiliyyəti – Müştərilərlə peşəkar ünsiyyət qurmaq, onları düzgün istiqamətləndirmək və inandırmaq.
- Rus dili biliyi – Rusdilli müştərilərlə sərbəst ünsiyyət və satış aparmaq.
- CRM və Excel bilikləri – Müştəri məlumatlarını, satışları və gündəlik hesabatları dəqiq və vaxtında qeydiyyata almaq.
- Yüksək iş intizamı – İşə vaxtında gəlmək, tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
- Müştərilərlə təkrar əlaqə – Əvvəlki müraciətləri izləmək və yarımçıq qalan satışları uğurla tamamlamaq.
- Məhsul bilikləri – Su filtrləri və yumşaltma sistemlərinin texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəmək.
- Çoxkanallı satış bacarığı – Instagram, TikTok, WhatsApp, telefon və mağazadaxili müraciətlərlə effektiv işləmək.
- Təşəbbüskarlıq – Yeni satış imkanları yaratmaq, müştəri problemlərini müstəqil həll etmək.
- Yüksək müştəri məmnuniyyəti – Müştəri etibarını qazanmaq, təkrar satışlara və tövsiyələrə nail olmaq.
Daha yüksək dərəcə və əməkhaqqı artımı bu bacarıqların qiymətləndirilməsi, satış nəticələri və iş keyfiyyəti əsasında müəyyən edilir.