Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Marketinq, Reklam və PR
/
SMM menecer / Kontent menecer
/
Bakı
/
Sosial Media Marketinq (SMM) mütəxəssisi

Aura Məişət Texnikası MMC

Sosial Media Marketinq (SMM) mütəxəssisi

500 - 800 ₼

№ 274615
Dərc edilib: 13.10.2026
Baxış sayı: 1087
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Bakı
Yaş
30 yaşdan 45 yaşadək
Təhsil
-
İş təcrübəsi
3 ildən 5 ilə qədər

İş barədə məlumat

Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.

İş şərtləri

  1. 6 günlük iş qrafiki: 10:00–18:00;
  2. Rəsmi əmək müqaviləsi;
  3. Nahar şirkət tərəfindən təmin olunur;
  4. Əmək haqqı: 500–800 AZN.

Müraciət qaydası

Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri hr@aurammc.az elektron ünvanına göndərin.

İş telefonu: +994 12 441 49 49


Öhdəliklər

  1. Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
  2. Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
  3. Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
  4. Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
  5. Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
  6. Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
  7. Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
  8. Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
  9. Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
  10. Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.

Tələblər

  1. Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
  2. SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  3. Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
  4. Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
  5. Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
  6. CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
  7. ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
  8. Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
  9. Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
  10. Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.

    Üstünlük veriləcək

  1. SMM və ya reklam agentliyində iş təcrübəsi;
  2. Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
  3. Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

AM

Aura Məişət Texnikası MMC
Sosial Media Marketinq (SMM) mütəxəssisi

500 - 800 ₼

Elanı Seçilmişlərə əlavə edin